26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Bakı” daha bir yoxlama oyunu keçirəcək

Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “Bakı” futbol klubu təlim-məşq toplanışı keçirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda paytaxtın “Qorqud Palace” otelində məskunlaşıb. Toplanış iki mərhələdən ibarətdir. Birinci mərhələ 7-12 oktyabr tarixinı əhatə edəcək. Bu müddət ərzində komanda gündə iki dəfə məşq edəcək. Bu gün isə saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda İbrahim Uzuncanın yetirmələri “Neftçi” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Oyundan sonra bir günlük istirahətin ardından təlim-məşq toplanışının  ikinci mərhələsi start götürəcək. 13-18 oktyabr tarixlərini əhatə edəcək bu mərhələdə daha bir yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Təlimlərin ardından komanda Premyer Liqanın VIII turunun  oyununu keçirmək üçün Lənkərana səfər edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30