26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qəbələ” 100-cü qələbəsini qazandı

Azərbaycan çempionatının V turu “Qəbələ”nin əvəzedici komandası üçün yubiley qələbəsi ilə əlamətdar olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatalada “Simurq”a 3:1 hesabı ilə qalib gələn Luis Araqonun yetirmələri “qırmızı-qaralar”ın bu yarışda 100-cü qələbəsini qazanıb.

Cari mövsüm ardıcıl 4-cü dəfə qalib gələn komanda əvvəlki 6 mövsümdə 96 dəfə 3 xala sevinmişdi. 2008/09 mövsümündə 26 oyundan 12-də qalib gələn “Qəbələ” hər birində 32 matç keçirdiyi növbəti 4 yarışda daha 57 dəfə qələbə qazanıb: 2009/10 - 18, 2010/11 - 16, 2011/12 - 18, 2012/13 - 15. Ötən mövsümdə 36 qarşılaşmada 17 dəfə qalib gələn “qırmızı-qaralar” bu müddətdə 2 gümüş, 2 bürünc medal qazanıb.

“Qəbələ” 100 qələbəsini 17 müxtəlif rəqiblə matçlarda qazanıb. “Simurq”u yubiley - 10-cu dəfə məğlub edən “qırmızı-qaralar” daha çox paytaxt təmsilçiləri “Bakı” (13) və AZAL-ı (11) üstələyib.

Qeyd edək ki, əvəzedicilərin çempionatında 195 oyun keçirən “Qəbələ” 100 qələbə qazanıb, 39 heç-heçə edib və 56 dəfə məğlub olub. Bu qarşılaşmalarda top fərqi 322-215-dir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30