26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Xəzər Lənkəran”la oyundan əvvəl “İnter” üçün şad xəbər

“İnter”in zədəli futbolçularının durumuna aydınlıq gəlib. Bir müddətdir zədədən əziyyət çəkən İvan Benitesin durumu yaxşılaşıb. Bu haqda Futbolxeber.az saytına “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

Klub rəsmisi qeyd edib ki, təxminən 2 həftə əvvəl məşqdə xəsarət alan Benites zədəsini tam bərpa edib və qarşıdakı turda “Xəzər Lənkəran”a qarşı oyunda baş məşqçi şans verəcəyi halda meydana çıxa biləcək. Eləcə də son turda yüngül ağrıları olan Mikel Alvaronun da Lənkəranda meydana çıxmaması üçün heç bir problem yoxdu.

Əvəzində Mirzağa Hüseynpurun zədəsi hələ də davam edir. O, komandayla birgə Lənkərana aparılmayacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30