26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Çixradze: “daha çox qol vura bilərdik”

“İlk növbədə komandamı qələbə ilə təbrik edirəm, gözəl oyun göstərdik. Mövsümün ilk oyununda qələbə qazanmaq vacib idi. Təəssüf ki, ilk turu buraxmalı olduq. Demək olar ki, rəsmi oyun praktikamız yox idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

Gürcü mütəxəssis komandasının yaxşı oynadığını qeyd edib: “Bugünkü oyunda daha çox qol vura bilərdik, imkanlarımız çox idi, yaxşı oyun göstərdik. Komandanın oyunundan razıyam. İlk hissədə iki qol vursaq da, bizim üçüm asan oyun olmadı. Hesabda irəli çıxandan sonra da oyuna nəzarəti əlimizdə saxlamağa çalışırdıq. Adam Banaş, Marko Stanoyeviç, Əli Gökdəmir və Vadim Abdullayev komandaya gec qoşulsalar da, özlərini yaxşı tərəfdən göstərə bildilər. Transfer dövrünün sonuna kimi də 1-2 futbolçu ilə güclənməyi düşünürük. Təəssüf ki, Vüqar Mustafayev əməliyyat keçirməli oldu. O, bizə zədəli halda gəlmişdi”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30