Ölkə futbolu
AFFA “Bakı”nın futbolçularına azad agent statusunu saxtakarlıqla verib!
Son günlər Azərbaycan futbolunda ən çox müzakirə olunan məsələlərdən biri, bəlkə də birincisi AFFA-nın “Bakı”nın futbolçularına azad agent status verməsidir. Məhz AFFA-nın qərarı sayəsində Əfran İsmayılov, Rauf Əliyev, Namiq Ələsgərov, Şəhriyar Əliyev, Vadim Abdullayev, Vüqar Mustafayev və Elşən Rzazadə sərbəst şəkildə “zolaqlılar”ın düşərgəsini tərk ediblər. Adıçəkilən oyunçular fevral ayından etibarən maaş almadıqlarını əsas gətirərək klubdan gediblər. Amma…
…YAŞAR SEYİDOV “ALIBLAR” DEYİR
“Bakı”nın icraçı direktoru Yaşar Seyidov mətbuata verdiyi açıqlamada futbolçuların maaşlarını aldıqlarını bildirib: "İyulun 17-də Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etdik. Ünvanladığımız məktubda sözügedən futbolçulara azad agent statusu verilməməsini xahiş etdik. Bu quruma futbolçuların müqavilə əsasında aldıqları vəsaitə dair sənədləri təqdim etməyə hazır olduğumuzu bildirdik. Bundan sonra daha bir analoji məktubla müraciət etdik. Bizə cavab verilmədi. Əvəzində avqustun 5-də bu futbolçulara azad agent statusu verdilər. Avqustun 6-da isə, yəni azad agent statusu verildikdən sonra, bizə Oyunçuların Statusu və Transferi Komitəsinə məktub daxil oldu ki, futbolçulara ödənilən maliyyə vəsaiti barədə sənədləri təqdim edək. Aylıq maaşları 500 manatdı. On ay ərzində 5 min manat pul almalı idilər. Öz imzaları ilə 30 min manat almalarına dair sənədlər var”.
AFFA SAXTAKARLIQ EDİB!
Yaşar Seyidovdan fərqli olaraq, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin 14 avqust tarixli bəyanatında futbolçuların haqlı olduğunu sübuta yetirmyə cəhd edib. Amma biz iddia edirik ki, AFFA bu məsələdə saxtakarlıq edib. Niyə? Çünki adıçəkilən futbolçulardan heç biri AFFA-ya müqaviləsinin surətini təqdim etməyib. Əgər, onlar həmin sənədi assosiasiyaya təqdim ediblərsə, qoy, AFFA bu sənədləri təqdim etsin, ictimaiyyətə göstərin. Amma göstərmirlər. Çünki həmin sənədlər yoxdur. Hardadı həmin müqavilələr?
AFFA-DAN SUALLARIMIZA CAVAB VERƏN OLMADI
Haşiyəyə çıxaraq, qeyd edək ki, AFFA-da Mətbuat Gününə həsr olunmuş görüşdə baş katib Elxan Məmmədov jurnalistləri bəzən araşdırılmamış mövzuları yazmaqda günahlandırdı. Məmmədov bildirdi ki, hansısa mövzunu araşdırmaq istəyərkən AFFA-ya gələk və bütün suallarımıza cavab tapaq.
“Bakı”nın oyunçularına azad agent status verilməsi məsələsini araşdıran Futbolxeber.az saytının əməkdaşı da Məmmədovun dediyi kimi etdi.
Əvvəlcə öyrəndik ki, oyunçuların bu məsələsinə cavabdeh olan şəxs Rəmiş Malıyevdi. Amma 1 həftədir Malıyevin telefonu zənglərimizi cavabsız qoyub. AFFA-ya yollandıqda isə məlum oldu ki, Malıyev istirahətdədi və yalnız avqustun 21-də işə çıxacaq.
Bu halda suallarımıza cavab verə biləcək yeganə şəxs Elxan Məmmədov idi. Lakin AFFA-da olarkən bildirdilər ki, baş katib də istirahətdədir və yalnız avqsutun 14-də işə çıxacaq. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə bildirdi ki, e-mail vasitəsi ilə baş katibə müraciət edək. Elə də etdik. Avqustun 12-si, saat 17:51-də Elxan Məmmədova müraciət etdik. Bu gün avqustun 17-sidir. Amma hələ də suallarımıza cavab ala bilməmişik. Niyə? Öyrəndik ki, e-mailə göndərilən sualları Elxan bəyə onun köməkçisi təqdim edir. Amma hazırda o da məzuniyyətdədir…
Deyilənə görə, baş katib sualları 1 ay ərzində cavablandıra bilər. Guya, qanunla belədir. Amma qanuna qalsa, biz də bilirik ki, Rəmiş Malıyev istirahətdədirsə, onu mütləq kimsə əvəzləməlidir. Digər tərəfdən də Rəmiş Malıyev istirahətdədirsə, onun rəhbəri olduğu komitənin adından məlumat necə AFFA-nın saytında dərc olunur?
MƏQSƏD “BAKI”NI ƏLƏ KEÇİRMƏKDİ
AFFA-dakı bəzi rəhbər şəxslərlə “Bakı”nın prezidenti Hafiz Məmmədov arasında münasibətlərin istənilən səviyyədə olmadığı çoxlarına bəllidir. Üzdə hər şey fərqli görünsə də, reallıq tam başqadır. Hafiz Məmmədovun İspaniya, Fransadakı uğurlu işləri istər-istəməz bəzi yoldaşları qıcıqlandırıb. Onlar da ən asan yoldan istifadə edərək, “Bakı”nı sıradan çıxarmaq istəyilər. Elxan Məmmədov deyir ki, 2 şirkət “Bakı”ya sponsorluq etmək istəyir. Hafiz Məmmədov klubdan imtina etsə, həmin adamlar kluba dayaq duracaqlar. Əla. Amma Məmmədova sual vermək lazımdır ki, belə sponsor tapandırsa, niyə “Kəpəz” və “Turan”a sponsor tapmır? Cavab əslində məlumdu - çünki həmin klubların “Bakı”dakı kimi super şəraiti, əla akademiyası, bazası yoxdu.
TƏCRÜBƏLİLƏRİ BAŞA DÜŞDÜK, GƏNCLƏRƏ NƏ OLUB?
Əfran İsmayılov, Rauf Əliyevi başa düşdük. Bəs klubun öz yetirmələrinə niyə AFFA bu cür asanlıqla “azad agent” status verir? Tutaq ki, Şəhriyar Əliyev “Bakı”nın yox, “Qarabağ”ın yetirməsidir (Əslində bu da mübahisəli məqamdı. Çünki Şəhriyar “Qarabağ”ın yetirməsi olsa belə, “Bakı”da tanınıb, burada püxtələşib). Bəs Namiq Ələsgərov, Vadim Abdullayev? Axı, Namiqi “Bakı”nın seleksiyaçı məşqçisi Məqsəd Yaqubəliyev tapıb, üzə çıxarıb. “Bakı” illərlə ona maaş verib. Halbuki demək olar ki, heç bir klubda 14-15 yaşlı futbolçuya maaş verilmirdi. Amma “Bakı” Namiqin bütün öhdəliklərini yerinə yetirib. Belə çıxır ki, “Bakı” Namiqi “Qarabağ” üçün yetişdirib?
BƏS VİCDAN?..
Hər şeyi bir kənara qoyaq. Lap tutaq ki, “Bakı” həmin futbolçuların maaşını verməyib. Futbolçular da ailələrini dolandırmalıdırlar. Heç kim pulsuzluğa 6 ay dözməz və s. və i.a. Amma təcrübəlilər də getsəydilər, gənclər qalmalıydılar. Çünki həyatda hər şey pulnan ölçülmür. Mənəvi dəyərlər də böyük önəm kəsb edir. Hafiz Məmmədovun necə insan olduğunu çoxları bilir. Ən azından ona görə çətinliyə dözmək olardı. Necə olur, dünən kluba gələn Travner, Horvat, Ristoviç bu çətinliyə dözür, amma klubun öz yetirmələri qaçırlar. Travner “Hafiz Məmmədova güvənirəm, o bizi heç vaxt aldatmaz” deyir. Əcnəbi bunu dediyi halda, klubun öz yetirmələri aradan çıxırlar…
BUNDAN SONRA NƏ OLACAQ?
Uzun sözün qısası, bu gedişlə bu xəmir hələ çox su aparacaq. Çünki “Bakı”, yetirmələrinin gedişini qəbul etmir, onların geri qayıtmasını, ya da onlara görə külli miqdarda kompensasiya ödənilməsini tələb edir, “Qarabağ” və “Simurq” futbolçuların kluba azad agent kimi gəldiyini bəhanə edir, futbolçular AFFA-dan azad agent status aldıqlarını iddia edirlər. “Bakı”nın problemləri yavaş-yavaş yoluna qoyulur. Komanda artıq çempionatda da ilk oyununa da çıxıb. Deməli, vəziyyət yaxşıya doğru dəyişir. Bundan sonra nə olacağını isə proqnozlaşdırmaq belə çətindi…
Futbolxeber.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib