Ölkə futbolu
Hafiz Məmmədov: “O, 100-120 min dollara görə “Bakı”nı atıb, getməməliydi”
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov Stadium.az saytına müsahibə verib. Futbolxeber.az həmin müshaibəni təqdim edir:
- “Bakı”nı qəbul etdim və komanda üzvləriylə görüşdüm. “Bakı” həmişə iddialı olub və bundan sonra da belə olacaq. “Bakı”sız Azərbaycan çempionatı olar? Bu komanda həmişə çempionatın bəzəyi olub. Bəzi neqativ hallar oldu ki, bunlar bizi çətinliyə saldı. Sözün düzü, strukturun da səhvi oldu. Bizim proqramda ya Sloveniyada, ya da Avstriyada təlim-məşq toplanışı keçirmək fikrimiz vardı. Amma yuxarıda dediyim o neqativ hallar buna mane oldu. İndi isə hər şey qaydasına düşüb və yaxın günlərdə bütün problemlər həll ediləcək. Klubda işi bacara bilməyən insanlar ortaya olmayan problemlər çıxartdı. Necə ola bilər ki, mənim 3-5 minim yoxdu hansısa problemi həll edim? Yaxud da olsun 10 və ya 50 min? Yaşar Seyidov bir balaca ayıqlıq göstərmədi. Çünki sözü bir dəfə deyir, vəssalam. Mənim o qədər işim var ki, bir sözü bir dəfə dedilərsə, bunun üstünə düşməlidirlər, axı yadımdan çıxır.
Dünyanın axırı deyil. Yanvara kimi komandada əsasən gənclər çıxış edəcək. Qış fasiləsində isə “Bakı” heyətinə səviyyəli futbolçular cəlb edəcək və yenidən əvvəlki kimi olacaq. Komandada legionerlər də var. Onlar da oynayacaq. Yaşar Seyidova da tapşırdım ki, 3 yaxşı futbolçu da alsınlar. Elə oyunçular olsun ki, komandanı gücləndirə bilsinlər. Yaşar Seyidov çox yaxşı bir söz dedi. Bizim komandada olan gənc futbolçuların hamısı öz yaş qruplarında çempion olan gənclərdir. Onlar üçün də gözəl şan yaranıb ki, özlərin göstərsinlər.
- “Bakı”nın bütün əsas yerli futbolçuları komandadan ayrıldı...
- Bunu elə yaxşı dediz. Mən göstəriş vermişəm, “Qarabağ”a gedən Şəhriyar Əliyevlə Namiq Ələsgərov, “Simurq”a keçdikləri deyilən Vüqar Mustafayevlə Vadim Abdullayev geri qayıdacaqlar. Onlar “Bakı” Futbol Klubunun akademiyasının yetirməsidir. Zəhmət çəkib, gətirib hər klub bir milyon dollar verər, onlarda olar futbolçuları. Əks halda mümkün deyil, ikisidə geri qayıdacaq.
- Komandadan Rauf Əliyev, Əfran İsmayılov, Cavid Hüseynov, Elvin Məmmədov kimi oyunçularda getdi...
- Onlara bir sözüm yoxdur. Hamısın da yaxşı başa düşürəm. Bu futbolçular “Bakı”ya başqa klublardan gəlmişdilər, başqa komandaya da getdilər. Yenə deyirəm, onlara sözüm yoxdur. Mənim işim bizim yetirməmiz olan 4 futbolçuyadır. “Simurq” və “Qarabağ”ın nə ixtiyarı var ki, mənim futbolçularımı aparıb?
- Bu arada “Bakı” ətrafında çox problemlər yarandı. Bunlara necə aydınlıq gətirə bilərsiz?
- Bolşeviklər həmişə özləri özlərinə problem yaradıb, bunu həll edib, sonra da deyibləri ki, “biz qəhramanıq”. “Bakı”ya da bütün problemləri özü yaratdı. “Bakı” Futbol Klubunun maliyyə vəsaitinə heç nə olmamışdı. Sadəcə, daxildə bunları həll edəcək insanlar olmadı. İki məsələdə - bank işində və futbol klubunda belə neqativ hallar yarandı. Kaş ki, mən elə futbol klubunun problemlərin vaxtında həll edərdim, bu söz söhbətlər də ortaya çıxmazdı.
- Bir müddət əvvəl bəzi insanlar hətta “Bakı”ya sponsor da axtarırdı. Onlara sözünüz nədir?
- Mən özüm ona-buna sponsorluq edirəm. “Bakı”ya sponsor lazım deyil. Ancaq o insanlara da təşəkkürümü bildirirəm. Çünki onlar da “Bakı”nın batmasını istəmirdilər. Həmin insanlarla mənim də söhbətim oldu. Özləri dedi ki, “Bakı” çox sevimli klub olub, bunu dayandırmaq olmaz. Hətta dedilər ki, bəlkə, mən özüm bir adam tapım, etibarlı insan. Hər kəsə bildirdim ki, “Bakı” mənim klubumdur, mənim də olacaq. Bundan sonra da hər şey qaydasına düşəcək. Mənim iradım özümünkülərədir ki, bəs sən hara baxırdın? Ona başa salmaq lazım idi ki, vəziyyət düzələcək.
Bax belə də yazarsız, Premyer Liqada əsas komandalardan üçünün mənə külli miqdarda borcu var. Onlar borcumu versinlər, vəziyyət daha da yaxşı olacaq.
- Hansı klublardır, adların deyə bilərsiz?
- “Neftçi” və “Qəbələ” klubları deyil. Onlar borc saxlamazlar, heç vaxt. Sözlərinə düz klublardır onlar.
- “Lans”ın da ciddi sıxıntıları var...
- Qarşıdakı 3-4 gün ərzində bütün işləri həll edəcəm və yerdə qalan bütün ödəmələr də ediləcək. “Lans” Azərbaycan klubudur və belə qalmaqda da davam edəcək. Bu həftədəki oyuna qədər çox istəyirəm ki, “Lans”ın hesabına bütün ödəmələr yerinə yetirilsin.
- Bəs "Şeffild Uenzdi”?
- MaşAllah, onlar da başlayıb. "Şeffild Uenzdi”də bəzi ödəmələrimiz və öhdəliklərimiz var. Qarşıdakı günlərdə bunlar da həllin tapacaq. Bilirsiz necədir, bizim də alacaqlarımız var. O demək deyil ki, onlar vermirlər. Sadəcə olaraq çətinlikləri var, biz onlardan ala bilmirik deyə, öz ödəmələrimizi də yerinə yetirmirik. Keçən il Fransada jurnalistlərə söz verdim ki, “Lans” bir ilə yüksək liqaya çıxacaq. Elə də oldu. İndi isə deyirəm ki, "Şeffild Uenzdi" iki ilə Premyer Liqaya yüksələcək. "Şeffild Uenzdi”nin azarkeşləri “Lans” kimi klubların sevən və patriotdurlar. İngiltərədə futbol 1867-ci ildə elə Şeffildə yaranıb. Bizim bir sıra planlarımız vardı. Əlcəzair millisinin DÇ-2014-dəki qapıçısın, “Çelsi”dən də bir neçə futbolçunu "Şeffild Uenzdi”yə gətirəcəkdik. “Lans”ın da transferinə çox diqqət etmədik. Çünki klubun stadionu təmirə bağlanıb. “Lans” ev oyunların başqa stadionda keçirəcək. Stadionun təmiri qurtarandan sonra isə transferlərə güclü pul ayıracağıq. AVRO-2016-nın bir neçə oyunu məhz Azərbaycanın Lansda olan stadionunda keçiriləcək.
- Siz “Bakı”nın baş məşqçisi Milinko Pantiçə çox etibar edirdiz, amma o, komandanı atıb qaçdı...
- Bəli, Pantiç 100-120 min dollara görə “Bakı”nı atıb getməməliydi. Onu da başa düşürəm, çox çətinlik çəkdi. Ancaq onunla aramızda dostluq yaranmışdı, sona kimi vuruşmalıydı. Komandanı ona tapşırmışdım, kapitan o idi. Kapitan isə gəmini birinci tərk etdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib