26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Daxili İşlər Nazirliyi “Neftçi” - “Çixura” matçında baş verənlərlə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi “Neftçi” - “Çixura” matçında baş verənlərlə bağlı açıqlama yayıb. Futbolxeber.az Nazirliyin saytında yer alan məlumatı təqdim edir:

İyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və  Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi  azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib.

Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb. Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşun əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb. Ehtimal olunur ki, bu təxribat Azərbaycanla Gürcüstan arasında yaxın dostluq və mehriban qonşuluq münasibətlərini pozmaq istəyən qüvvələrin əməlidir.

Hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30