26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Baxdığım oyunlarda “Zalsburq” daha güclü oynayırdı”

“Zalsburq” çox güclü komandadır. İkinci hissə də bunu göstərdi”. Futbolxeber.az-ın Azerisport.com-a isinadən verdiyi məlumata görə, bu sözləri “Zalsburq”la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis cavab görüşünə yaxşı hazırlaşmalı olduqlarını qeyd edib: “İkinci hissənin əvvəli bizim üçün çox əsəbi alındı. Təəssüf ki, qapımızda qol gördük. Amma əsas odur ki, yenidən fərqlənməyi də bacardıq. Bu cür rəqib üzərində qələbə futbolçulara özünüinam hissi qazandırır. Cavab oyununa yaxşı hazırlaşmalıyıq. Məqsədimiz sərfəli nəticə qazanmaqdır.  Mən baxdığım oyunlarda “Zalsburq” daha güclü oynayırdı. Bu gün də zəif deyildilər. Telinin aldığı qırmızı vərəqədən sonra müəyyən dəyişikliklər etmək məcburiyyətində qaldıq”.

Qurbanov ayrı-ayrı futbolçulardan da söz açıb: “Qara Qarayev bu gün yaxşı oynadı. Çumbinyonu da əvəzləyə bilərdim. Sadəcə, Qarayevin aktivində bir sarı vərəqə var idi. O ki qaldı Şehiçin uğursuz çıxışlarına, o daha diqqətli olmalıdır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30