26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Gənclərbirliyi”nin hücumçusu “Qəbələ”də

Hollandiya toplanışını davam etdirən "Qəbələ" sıralarını daha bir futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, nigeriyalı hücumçu Ekiqo Ehiosun ilə birillik müqavilə imzalanıb. Türkiyənin "Gənclərbirliyi" klubuna məxsus futbolçu "Qəbələ"də icarə əsasında çıxış edəcək.

1990-cı il iyunun 25-i Nigeriyada anadan olan Ekiqo peşəkar futbolçu karyerasına 2008-ci ildə ölkəsinin "Varri Volfs" klubunda başlayıb. 2011-ci ildə Türkiyə "Samsunspor"una transfer olunan hücumçu bir il sonra eyni ölkənin "Gənclərbirliyi" klubuna keçib.

Ekiqo Nigeriya yığmasının heyətində 3 oyun keçirib və 1 qola imza atıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30