26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Böyükağa Hacıyev: “Qalib gələcəyimizə əmin idim”

"İlk oyundan sonra "Koper"i yaxşı analiz etmişdik. Bilirdik ki, rəqib əsasən müdafiədə oynayacaq. Bizim isə oyun fəlsəfəmiz hücum futbolu üzərində qurulub”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Koper”lə oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Sloveniya mətbuatına danışan B.Hacıyev görüşdən əvvəl qələbəyə əmin olduğunu bildirib: “Bakıdakı qarşılaşmada müəyyən səhvlərə yol verdik. Futbolçularım həmin səhvlərdən nəticə çıxarmışdı. Qalib gələcəyimizə əmin idim. İlk oyundan sonra bildirmişdim ki, mərhələni adlamasaq, istefa verəcəyəm. Rəqibə də uğurlar arzulayıram. "Koper"in futbolçuları  əsl döyüşçüdürlər. Ancaq biz onlardan yaxşı oynadıq".

 

Xatırladaq ki, ilk oyunda rəqibinə 1:2 hesabı ilə uduzan "Neftçi" cavab matçında 2:0 hesabı ilə qalib gələrək Avroliqanın III təsnifat mərhələsinə yüksəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30