26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Böyükağa Hacıyev: “Mən Azərbaycan futbolunun ensiklopediyasıyam”

"Sabah komanda bayram yaşatmağa çalışacaq. "Qəbələ"ni təcrübəli mütəxəssis Yuri Syomin çalışdırır. Lakin onlar rəqiblərinin "Neftçi" olduğunu unutmasınlar. Azərbaycanda iki titul tanıyıram: ölkə çempionluğu və kuboku. Digərləri önəmli idi. Ona görə sabah kuboku qazanmağa çalışacağıq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Sabah ölkə kubokunun finalında “Qəbələ” ilə üz-üzə gələcək “Neftçi”nin çalışdırıcısı bu gün mətbuat konfransı keçirib.

Çıxışı zamanı B.Hacıyev özünü Azərbaycan futbolunun ensiklopediyası adlandırıb: "Neftçi" ardıcıl 3-cü dəfə Azərbaycan kubokunun finalında oynayır. O məşqçi məni müzakirə edə bilər ki, göstərdiyi nəticələri məndən yüksək olsun. Təəssüf ki, azərbaycanlı məşqçilər bir-birini sevmir. Nazim Süleymanov futbolçu kimi yaxşı olsa da, məşqçi kimi uğur qazanmayıb. Şahin Diniyevə gəlincə, millidə çalışdığı dönəmdə onun haqqında heç nə söyləməmişəm. Çünki o, yerli mütəxəssis idi. Ancaq gərək deyəydim. Mən Azərbaycan futbolunun ensiklopediyasıyam. Mənə toxunmasınlar, yoxsa, açaram sandığı, tökərəm pambığı. Şahin Diniyevin oğlu - Kərim "Neftçi"də oynaya bilmədi. Ancaq bunda günahkar mən deyiləm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30