26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Neftçi”, “Xəzər Lənkəran” və “İnter”də çempion olmuş futbolçu yenidən Azərbaycanda

Uzun illər ölkəmizdə forma geyən gürcüstanlı müdafiəçi Valeri Abramidze hazırda Bakıdadır. Futbolxeber.az-ın məlumatına görə, gürcü futbolçu paytaxtımıza 3 günlük gəlib. Onun budəfəki səfəri futbolla bağlı deyil. Abramidze Bakıdakı dostları ilə görüşmək üçün paytaxtımızdadır.

Abramidzenin ölkəmizdə olduğunu da vaxtı ilə “Neftçi”də çalışmış Əhməd Nəbizadədən öyrəndik. Məhz Nəbizadə Abramidze və Aleksandr Çertoqanovla birgə çəkilmiş şəkli feysbuk sosial şəbəkəsində paylaşıb.

Qeyd edək ki, Abramidze ölkəmizdə “Neftçi”, “Xəzər Lənkəran” və “İnter”də forma geyib. Hər 3 klubla Azərbaycan çempionu adını qazanan təcrübəli müdafiəçi “Spartak”, “Anji” kimi tanınmış klublarda da oynayıb. Hazırda isə o, “Sioni”də çıxış edir. Növbəti mövsümdə Avroliqada çıxış edəcək Bolnisi klubunda Abramidze son mövsümdə 5 qol vurub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30