26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”dən rekordlar

Azərbaycan Premyer Liqasının XXXIV turu “Qəbələ” üçün tarixi əhəmiyyət kəsb edib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakı” üzərində 3:1 hesablı qələbə qazanan Yuri Syominin yetirmələri Azərbaycan çempionatları tarixində özünün ən yüksək nəticəsini təmin etdi. Mövsümün sonuna 2 tur qalmış 3-cü pillədə qərarlaşan, gümüş medal şansını da qoruyan “qırmızı-qaralar” ilk “dördlük”də yerini təmin edib. Bu isə klub tarixinin ən yaxşı nəticəsi olan 2011/12 mövsümündəki 5-ci yerdən yaxşıdır.

Azərbaycan kubokunun finalında “dördlük”də yer almağa digər namizədlə “Neftçi” ilə görüşməsi “Qəbələ”nin indidən avrokuboklara da vəsiqə qazanması üçün zəmin yaradıb. 2005-ci ildə əsası qoyulan komanda 9 illik tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb. Bu, son iki tur və kubokun finalının nəticəsindən asılı olmayaraq rəsmiləşib.

XXXI turda “Rəvan”ı 2:1, XXXII turda “Simurq”u 1:0, ötən tur “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən Yuri Syominin yetirmələri ardıcıl 4-cü qələbəsini qazandı. Bu isə klubun Premyer Liqa tarixində ən uzun qələbə seriyasının təkrarıdır. Komanda ötən mövsümün XXI-XXIV turlarında da ardıcıl 4 matçda 3 xal əldə etmişdi. Növbəti turda əldə olunacaq qələbə ilə “Qəbələ” mütləq rekord rəmsiləşdirəcək

Bu görüş digər rekordlarla da əlamətdar olub. Bir mövsümdə vurulan qolların sayında (45) 2011/12 mövsümündəki rekord (43) yeniləndi. Qələbə (17) və xal sayında (57) ötən tur müəyyənləşdirdiyi rekordu daha da yaxşılaşdırdı. Ev qələbələrinin sayında 2009/10 və 2011/12 mövsümlərinin rekordu təkrarlandı – 9 qələbə. Ev oyunlarında vurulan qolların sayında 2011/12 mövsümüün rekordu təkrarlandı. Cari çempionatda 12-ci qolunu vuran Subotiç Premyer Liqada bir mövsümdə ən çox qol vurmaq rekordunu yaxşılaşdırdı.

Marat İzmaylov və Müşfiq Teymurov “Qəbələ”nin heyətində qol hesablarını açdılar. Marat 16-cı, Müşfiq isə 15-ci görüşündə buna nail oldu. Bununla da klub tarixində qol vuranların ümumi sayı 86-ya, Premyer Liqada fərqlənənlərin sayı 64-ə çatdı. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada  “Qəbələ” üçün qol vuran ən gənc futbolçu oldu. Ölkə çempionatları tarixində isə o, komandanın 5-ci ən gənc qolçusudur. Amil Yunanov (19 yaş 4 ay 5 gün), Vasif Əliyev (20 yaş 20 gün), Vüsal Qarayav (20 yaş 1 ay 3 gün), Samir Zərgərov (20 yaş, 5 ay 25 gün), Asif Məmmədov (20 yaş 7 ay 27 gün) daha gənc qol vurmuşdular.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30