26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Foqts: “Azərbaycanda futzal futboldan öndə gəlir”

Milli komandamızın baş məşqçisi Berti Foqts UEFA-nın rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, alman məşqçi Bakıda keçiriləcək futzal üzrə “dördlər finalı” haqda danışıb: "Azərbaycan azarkeşləri UEFA kubokunun "dördlər finalı"nda əsl bayram əhval-ruhiyyəsi yaradacaqlar. Bu turnir təkcə maraqlı yarış kimi deyil, eyni zamanda azarkeşlərin dəstəyi baxımından da yadda qalacaq. Azərbaycanlı fanatlar öz komandalarını necə ruhlandıracaqlarını yaxşı bilirlər. Futbolçu olduğumuz vaxtlarda arabir biz də futzal oynayırdıq. Ancaq bu idman növü Almaniyada elə də məşhur deyil.

Azərbaycan millisinin baş məşqçisi təyin olunduqdan sonra bu ölkənin yığmasının və klubların futzaldakı uğurları məni də maraqlandırdı. Onu deyə bilərəm ki, Azərbaycanda futzal yerli futboldan öndə gəlir. Əvvəllər futzal oynasam da, bu oyunları heç vaxt tribunadan izləməmişəm. Futzalla futbolu müqayisə etmək də tamamilə yanlışdır. Burada fərqli fəlsəfə, fərqli toplar, yanaşma müxtəlifliyi var. Hətta vurulan qollar da fərqli ölçüdədir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30