26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

2 məşqçi niyə "PRO"nu ala bilmədi?

Bakıda ilk dəfə təşkil olunmuş Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq sertifikatlar təqdim olunduğu haqda xəbər vermişdik. Kursları heç də bütün yerli mütəxəssislər müvəffəqiyyətlə başa vura bilməyiblər. Belə ki, 2 azərbaycanlı mütəxəssis - Vəli Qasımov və Vladislav Qədirov müxtəlif səbəblərdən PRO lisenziyası ala bilməyiblər.

Futbolxeber.az-ın məlumatına görə, Vəli Qasımov imtanahdan kəsilib. Nəzəriyyədən zəif olan Qasımov yekunda bunun acısını çəkib.

Vladislav Qədirovun nəzəriyyə baxımından problemi olmasa da, o "Rəvan"ın güdazına gedib. Belə ki, qaydalara əsasən PRO lisenziyasına sahib çıxmaq istəyən məşqçi 2 xarici klubunda düşərgəsində təcrübə keçməlidir. Qədirov "Rəvan"ın baş məşqçisi olarkən klub rəhbərliyi onu xarici klubların düşərgəsinə göndərəcəyini bildirib. Lakin bir müddət sonra Vladislav Qədirov baş məşqçi postundan istefaya göndərilib. Belədə Qədirov necə deyərlər, həm əli aşından olub, həm də vəli aşından.  

Əlavə edək ki, PRO lisenziyası alarkən hansı məşqçi işsizdirsə, o özü təcrübə keçmək üçün xarici klubların düşərgəsinə yollanmalıdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30