26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Abdullayevin “qırmızı”sı ləğv edildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 8 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasının XXIV turunun “Neftçi” - “Qarabağ” matçının 62-ci dəqiqəsində “Neftçi” klubunun 7 №-li futbolçusu Araz Abdullayevə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı aqressiv oynamadığı  və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində baş tutan “Neftçi” - “Qarabağ” matçında “Neftçi” klubunun 7  №-li futbolçusu Araz Abdullayevə göstərilmiş qırmızı vərəqəni ləğv edir. Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30