1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

"Keşlə"nin rəqibindən qələbə

"Keşlə"nin Konfrans Liqasında rəqibi olan "Soçi" "Parimatç" turnirində son oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Vladimir Fedotovun komandası "Rubin"i 3:1 hesabıyla nəğlub edib.

"Soçi"nin qollarını Danila Proxin (48), Maksim Barsov (50) və İvelin Popov (88) vurub. Komanda 59-cu dəqiqədə İbrahim Tsallaqov 2-ci sarı vərəqəyə görə meydandan çıxarıldığından azlıqda qalıb.

Beləliklə, turnirdə 2 qələbə, 1 məğlubiyyətlə 6 xalı olan "Keşlə"nin rəqibi turniri 2-ci yerdə başa vurub.

Qeyd edək ki, "Keşlə" "Soçi" ilə ilk oyununu iyulun 22-si səfərdə keçirəcək. Tərəflər arasında cavab matçı 1 həftə sonra Bakıda olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31