2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

İtaliya və İspaniya yarımfinalda

Bu gün Avro-2020-də 1/4 final mərhələsinə start verilib. 

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveçrə və İspaniya yığmaları arasında olub. Qalib penaltilər seriyasında müəyyənləşib. Əvvəlki mərhələdə son dünya çempionu Fransanı mübarizədən kənarlaşdıran İsveçrənin növbəti sensasiyaya gücü çatmayıb.

Günün digər oyununda isə turnirin favoritlərindən Belçika və İtaliya kollektivləri üz-üzə gəlib. Matç "Skuadra Adzurra"nın qələbəsi ilə yekunlaşıb. İtaliya yarımfinalda İspaniya ilə görüşəcək.

Avro-2020

1/4 final

2 iyul

Belçika - İtaliya 1:2

Qollar: Barella, 31 (0:1), İnsinye, 44 (0:2), Lukaku, 45+2 pen. (1:2)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)
 
Münxen, "Münhen Futbol Arenası"
 
İsveçrə - İspaniya - 1:1 pen - 1:3
 
Qollar: Zakariya, 8-avtoqol (0:1), Şakiri, 68 (1:1)

Qırmızı vərəqə: Freuler, 78 (İsveçrə)

Baş hakim: Maykl Oliver (İngiltərə)

Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

Qeyd edək ki, 1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31