11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Xarici futbol

Avroliqa: Bütün 1/16 finalçılar bəllidir

Ötən gün Avropa Liqasında (AL) qrup mərhələsinə yekun vurulub.
 
Futbolxeber.az-ın məlumatına görə, keçirilən oyunlardan sonra qrupda ilk iki yeri tutan komandalar 1/16 final mərhələsinə adlayıblar. Həmin klublar aşağıdakılardır:
 
"Vilyareal", "Atletik", "Selta" (hamısı İspaniya), "Fənərbaxça", "Osmanlıspor" (hər ikisi Türkiyə), "Anderlext", "Gent" (hər ikisi Belçika), "Roma", "Fiorentina" (hər ikisi İtaliya), "AZ Alkmaar", "Ayaks" (hər ikisi Hollandiya), "Zenit", "Krasnodar" (hər ikisi Rusiya),"Olimpiakos", PAOK (hər ikisi Yunanıstan), "Mançester Yunayted" (İngiltərə), "Hapoel" (Beer-Şeva, İsrail), APOEL (Kipr), "Sent-Etyen" (Fransa), "Şalke" (Almaniya), "Astra" (Rumıniya), "Şaxtyor" (Ukrayna), "Sparta" (Çexiya).
 
Qeyd edək ki, "Sassuolo" (İtaliya) - "Genk" (Belçika) matçı dünən əlverişsiz hava şəraiti səbəbindən təxirə salınsa da, bu duelin nəticəsindən asılı olmayaraq, Belçika klubu 1/16 finala vəsiqə qazanıb.
 
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində qrupda üçüncü olan “Ludoqorets” (Bolqarıstan), “Beşiktaş” (Türkiyə), “Borussiya” (Münhenqladbax, Almaniya), “Rostov” (Rusiya), "Tottenhem" (İngiltərə), Legiya" (Polşa), "Kopenhagen" (Danimarka) və "Lion" (Fransa) Avroliqanın 1/16 finala vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31