21 May 2024, Çərşənbə axşamı
Mövsümün bəxtsizi - “Səbail”
"Qarabağ"dan son 27 ilin rekordu
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə

Digər idman növləri

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.
 
Futbolxeber.az saytının məlumatına görə, mübarizəyə 1/8 finaldan başlayan titullu idmançı Menq Hsiehə (Çin Taypeyi), ardınca isə Violetta Çirikə (AIN) tam üstünlüklə qalib gəlib.
 
Yarımfinalda Cənubi Koreya təmsilçisi Son Hyanq Kimlə qarşılaşacaq M.Stadnik rəqibini məğlub edəcəyi təqdirdə, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
 
Bu gün xalça üzərinə çıxan digər qadın güləşçilər - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə Olimpiadaya vəsiqə əldə edə bilməyiblər.
 
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) “Paris-2024”də lisenziyanı təmin ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31