Ölkə futbolu
Mövsümün bəxtsizi - “Səbail”
Azərbaycan Premyer Liqasında mövsümün sonuna 1 tur qalsa da, bəzi komandalar üçün çempionat daha öncədən bitib. Bu kollektivlərdən biri də “Səbail”dir. O “Səbail” ki, cari mövsüm baxımlı, gözəl futbolu ilə bir çoxlarının rəğbətini qazanıb. Düzdür, paytaxt klubunun yekunda turnir cədvəlində neçənci olacağı məlum deyil. Son turun nəticələrindən asılı olaraq kollektiv mövsümü yeddinci pillədə də tamamlaya bilər, altıncı da ola bilər. Lakin ümumi götürdükdə, altıncı, yaxud yeddinci olmağın ciddi fərqi yoxdur.
Hələ 30-cu turda, “Kəpəz”lə matçın 90+7-ci dəqiqəsində qələbəni əldən verdikdən sonra paytaxt klubunun avrokuboklardan kənar qalacağı məlum idi. Düzdür, həmin vaxt da, növbəti turda “Araz-Naxçıvan” üzərində əldə olunan qələbədən sonra da Şahin Diniyevin komandasının riyazi cəhətdən “ilk dördlük” şansı davam edirdi. Lakin məlum məsələ idi ki, bu şans yalnız kağız üzərindədir. Ümumiyyətlə, “Səbail”in mövsümün əvvəlində heç avrokubok iddiası da yox idi. İstər rəsmi, istər qeyri-rəsmi söhbətlərində futbolçular da, baş məşqçi Şahin Diniyev də bunu dəfələrlə bildirmişdilər. İlk uğursuz 3 oyundan sonra komandanın sürət yığması, ardıcıl qələbələr qazanması, Ramalinqomun qolları sıralaması, “Qarabağ”ın məğlub edilməsi iştahı artırmışdı. Hətta həmin vaxt bəziləri mövsümün əvvəlində “məqsədimiz ilk altılığa düşməkdir” açıqlamasına görə Şahin Diniyevi qınamağa tələsirdilər də. Lakin zaman göstərdi ki, təcrübəli mütəxəssis komandasının potensialına bələddir və o açıqlamanı əbəs yerə verməyib. Əslində, bir neçə ayın komandasından avrokuboklara vəsiqə gözləmək də möcüzəyə bərabərdir. Yayda heyətini 90 faiz yeniləyən komandanın formalaşması, ciddi hədəflər uğrunda mübarizə aparması üçün zaman lazımdır.
Bəli, “Səbail” bu gün turnir cədvəlində daha yaxşı yerdə ola bilərdi. Lakin müəyyən səbəblər buna mane oldu. Komanda bəzi oyunlarda lazımsız xal itkiləri ilə üzləşdi.
Fikrimizcə, paytaxt təmsilçisinin əsas problemi yerli futbolçulardır. Komandaya bacarıqlı legionerlər toplaşıb. Şahin Diniyevin yayda heyətə cəlb etdiyi əcnəbilərin demək olar ki, əksəri ümidləri doğrultdu. Lakin görünən odur ki, yerlilərin bir çoxu ümumi ansambldan geri qalır. Bu da son turda “Neftçi”yə qarşı keçirilən oyunda olduğu kimi, əksər matçlarda özünü aşkar şəkildə büruzə verib. Əminlik demək olar ki, yerli futbolçuların səviyyəsi bir qədər yüksək olsaydı, bu gün “Səbail” turnir cədvəlində daha yaxşı mövqedə yer alardı.
Əslində, mövsümün əvvəlində yerli futbolçularla bağlı problem özünü ciddi şəkildə göstərmirdi. Limitə uyğun olaraq Diniyev ideal yerli dördlüyü müəyyənləşdirmişdi. Səlahət Ağayev qapıda inamlı təsir bağışlayırdı, Yusif Nəbiyev həm müdafiədə komandasına kömək olurdu, həm də standart vəziyyətlər zamanı boyunun hündür olmamasına baxmayaraq, rəqib qapısına da yol tapmağı bacarırdı, Cabir Əmirli sağ cinahda normal çıxış edirdi, eləcə də Ağabala Ramazanov kapitan kimi komandasını arxasınca daşıya bilirdi. Ehtiyatdan oyuna qoşulan Rüfət Abdullazadə vacib qollar vurur, Süleyman Əhmədov isə komandasına faydalı olurdu. Lakin 12-ci turda “Turan Tovuz”la matçda “Səbail” üçün kabus yaşandı. Düzdür, həmin görüşdə 3 xal qazanmaq mümkün oldu. Ancaq həmin görüşdə “Səbail” 90 dəqiqə ərzində bir komandanın yaşaya biləcəyi bütün uğursuzluqları yaşadı. Epizodların birində rəqib futbolçu ilə mübarizədən sonra yerdə qalan Ağabala Ramazanov huşunu itirərək hər kəsi qorxutdu. Süleyman Əhmədovun çiyni çıxdı, həmçinin komandanın “vuran ayağı” Aleksandr Ramalinqom nə qədər qəribə olsa da, penaltini yerinə yetirərkən (?!) zədə aldı. Bu itkilər Şahin Diniyevi çıxılmaz vəziyyətə saldı. Vəziyyət o həddə çatmışdı ki, təcrübəli mütəxəssis qış fasiləsinə yaxın start heyətini belə qurmaqda çətinlik çəkirdi. Gedişat isə onu göstərdi ki, məşqçilər korpusunun bütün cəhdlərinə baxmayaraq, “Səbail” 12-ci turda aldığı zərbələrdən mövsümün sonuna kimi qurtula bilmədi. Komandanın bu gün olduğu yerdən daha yaxşı mövqedə qərarlaşmamasında əsas səbəblərdən biri də məhz itkilər oldu. Mövsüm boyu keyfiyyətli yerli oyunçu qıtlığı yaşayan Şahin Diniyev Cabiri, Ağabalanı, yaxud komandasının liderlərindən olan Qomisi itirməsəydi, indi bəlkə də “Səbail”in mövsüm ərzindəki çıxışından yox, son tur öncəsi avrokuboklar şansından yazırdıq.
Ötən ilin noyabrı “Səbail” təkcə heyət baxımından deyil, infrastruktur baxımından da problem yaşadı. Söhbət 14-cü turun “Kəpəz”lə oyunundan əvvəl “ASCO Arena”nın elektrik təchizatında yaşanan problemdən gedir. Arenanın transformatorunda ortaya çıxan problemə görə həmin ərəfədə “Səbail” ev oyunlarını günün ikinci yarısında, əvvəldən nəzərdə tutulduğu kimi 18:30-da deyil, 14:00 və ya 13:00-da keçirməli olurdu. Təsəvvür edirsiniz, günün günorta çağı, saat 1-də komanda oyuna çıxır. Bu, kiməsə xırda bir məsələ kimi görünə bilər. Lakin adətən günorta 1-də, 2-də istirahət edən futbolçuların həmin vaxtda 90 dəqiqə mübarizə aparması qeyri-mümkündür. Orqanizm belə buna imkan verməz. Təsadüfi deyil ki, günorta keçirilən ilk ev oyununda “Səbail” autsayder “Kəpəz”lə görüşdə 2 vacib xal itirdi.
“Səbail”in bu gün potensialını tam ortaya qoya bilməməsində bütün bu sadaladığımız səbəblərlə yanaşı, müdafiədəki boşluqları və ən əsası qaçırılan qol epizodlarının rolu böyükdür. Təkcə elə “Neftçi”yə qarşı keçirilən son 2 matça diqqət yetirək. Hər iki matçda “dənizçilər”in qol şansı rəqibdən daha çox olsa da, yekun nəticədə hər iki görüş 0:3 hesablı məğlubiyyətlə başa çatıb.
Eləcə də illərdir “Səbail”də formalaşan məğlub psixologiyasını qeyd etməliyik. Cari mövsüm 7-ci dəfə Premyer Liqada mübarizə aparan kollektiv bürünc medal qazandığı 2018/19 mövsümü istisna olmaqla, hər zaman çempionatın autsayderlərindən olub: “Səbail” 2017/18 və 2019/20 mövsümlərində 8 komanda arasında 7-ci, 2020/21 və 2021/22 mövsümlərində 8 kollektiv arasında sonuncu, 2022/23 mövsümündə isə 10 komanda arasında 9-cu olub. Göründüyü kimi, “Səbail” son illərin “daimi autsayderi”dir. İndi bu komandanın yeddinci və ya altıncı olmasının nəyi pis nəticədir ki? Hər halda, Şahin Diniyevin komandası cari mövsüm öz oyun dəsti-xətti ilə seçildi. Komandanın daha da inkişaf etməsi üçün zamana və bir qədər də güclənməyə ehtiyac var. Cari mövsümdəki çatışmazlıqlar aradan qalxdıqca və heyət gücləndikcə Diniyevin kollektivindən növbəti mövsüm üçün daha yaxşı nəticələr gözləmək olar. İstər klub rəhbərliyinin, istərsə də məşqçilər korpusunun potensialı, bacarığı buna imkan verir.
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?
- Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”
- Yuri Vernidubdan qələbə şərhi
- "Araz-Naxçıvan" braziliyalını transfer etdi
- "Qarabağ" və "Neftçi"dən qələbə
- Edvin Kuç: “Kəpəz”i udaq, “Qarabağ”ı sonra düşünərik”
- “Kəpəz”ə də qalib gəlsək, “Neftçi” avrokuboklar uğrunda mübarizəyə qoşulacaq”
- İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
- Koxalskidən gözlənilməz qərar: "Qarabağ"dan getmək istədi
- İmad Faraj: “Oyunun tarixinin fərqi yoxdur, “Qarabağ”a qalib gəlmək istəyirik”
- Berdıyev 4 oyunluq cəzalandı
- Qurban Qurbanov: “Bu gün xarakter önəmli idi”
-
23:56
Güləşçimiz Avropa çempionu oldu
-
23:14
Basketbol millimiz 80 xal fərqi ilə uduzdu
-
22:39
Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izləyiblər
-
21:28
"Sumqayıt" "Şamaxı" ilə oyuna hazırlaşır FOTOLENT
-
21:00
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
-
20:43
İki qadın güləşçimiz Avropa çempionatının finalında
-
19:15
Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
-
18:57
Ramon Maçado məşqlərə başlayıb
-
17:36
İran DÇ-2026-da iştirak etməyəcək
-
17:04
Ramiz Məmmədovun cəzası yüngülləşdirildi
-
16:51
AFFA "Sabah"ın müraciətini təmin etməyib
-
16:29
Berdıyevin cəzası azaldıldı
-
16:12
"FIFA Series - 2026"nın Azərbaycandakı oyunlarına bilet satışı başlayıb
-
15:48
İtaliya klubunun yeni baş məşqçi müəyyənləşdi
-
15:30
Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb
-
14:55
"Şəmkir"ə texniki məğlubiyyət verildi
-
14:23
AFFA “Neftçi”ni 23 min manat cərimələdi
-
14:17
Ədalət bərpa olundu: “Sabah”ın qeyri-etik jest edən məşqçisi 7 oyunluq cəzalandı
-
13:31
"Tottenhem"dən antirekord
-
12:49
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
-
12:06
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstana yola düşüblər
-
11:24
Santuşla əlimiz bala batdı, qaldı Rui Jorge?..
-
10:58
"Bavariya" "Atalanta"nı darmadağın etdi VİDEO
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:15
"Qalatasaray" "Liverpul"u məğlub etdi VİDEO
-
10:00
Joni Montiel: “Biz də “Qarabağ”ıq, son tura qədər döyüşəcəyik”
-
19:08
Azərbaycan parapauerliftinqçilərindən 12 medal
-
18:21
"Turan Tovuz" “Azərsun Arena”dan da Sumqayıta “köçdü”
-
17:57
“Qarabağ”ın hücumçusu Kolumbiya millisinə dəvət aldı
-
17:36
Millimizdə portuqaliyalı baş məşqçi
-
17:14
“Sumqayıt”ın legioneri “Talant qrupu”nun dərslərində iştirak edib FOTOLENT
-
16:49
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
-
16:23
AFFA I Liqa klubunu 6510 manat cərimələdi
-
15:32
I Liqada hakim təyinatları açıqlandı
-
14:55
Azərbaycan Premyer Liqasında mövsümün ən böyükhesablı qələbəsi
-
14:18
Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək
-
14:00
Ehtiram Quliyev: “Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik”
-
13:41
Tanınmış güləşçilər Xırdalanda şagirdlərlə görüş keçirib
-
13:27
Zöhrab Gözəlbəyli yeni təyinat alıb
-
12:56
“Sumqayıt”ın dərdi nədir? - QEYD
-
12:39
"Turan Tovuz"un qapıçısından əla göstərici
-
12:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:00
İmad Faraj: “İlk hissədə qol vursaydıq...”
-
11:48
Leandro Andrade 70-ci oldu
-
11:25
"Araz-Naxçıvan"ın 20-ci böyükhesablı məğlubiyyəti
-
11:04
"Turan Tovuz" üçün əlamətdar qələbə
-
10:51
Zamiq oynadı, komandası qalib gəldi
-
10:32
Qazaxıstan klubunun baş məşqçisi təcrübə keçmək üçün Qurban Qurbanovun yanına gəldi
-
10:17
“Trabzonspor” 3 xalı 3 qolla qazandı VİDEO
-
10:00
“Berdıyev qısa danışsa da, hər zaman qələbə üçün lazım olan sözləri tapır”
11.03.2026
10.03.2026























