11 Mart 2026, Çərşənbə
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

Joni Montiel: “Biz də “Qarabağ”ıq, son tura qədər döyüşəcəyik”

“Qarabağ”ın yarımmüdafiəçisi Joni Montielin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 23-cü turunda “Araz-Naxçıvan”ı 6 cavabsız qolla üstələdiniz. Böyük hesablı qələbəni necə şərh edərdiniz?

- Təbii ki, nəticə bizi sevindirir. Çox xoşbəxtəm. Düşünürəm ki, komanda olaraq maksimum iş ortaya qoyduq. Cərimə meydançasında bitiriciliyi usta formada yerinə yetirdik. 6 qol vurduq və qapımızı toxunulmaz saxladıq. Bu amil bizi sevindirir. Yolumuza davam edirik.

- Çempionluq Liqasında mübarizə apardığı zaman “Qarabağ” ölkə daxilində bəzi matçlarda qeyri-stabil çıxış edirdi. Demək olar ki, artıq tam Premyer Liqaya köklənmisiniz?

- Düşünürəm ki, hazırda daha inamlı çıxış edirik. Fiziki göstəricimizdə enmə hiss olunurdu. Bu, aşkar idi. Ardıcıl matçlar oynadıq. Turnirlərin çəkisi fərqli idi, hazırlaşmaq bir o qədər rahat deyildi. Hazırda komanda rahat məşq edir, daha yaxşı qarşıdakı matçlara hazırlaşacağıq. Son tura qədər mübarizədəyik. Bütün matçlara hazır olmalıyıq.

- Hazırda ikinci pillədəsiniz. Çempionluq şansını necə dəyərləndirirsiniz?

- Əminəm ki, komanda şəklində sona qədər mübarizə aparacağıq. Məlumdur ki, rəqibimiz "Sabah" qələbələr qazanır, onlar güclü kollektivdir. Amma biz də "Qarabağ"ıq. Son tura qədər döyüşəcəyik. Qarşıda 10 matçımız var. Daha çox xallar toplaya bilərik. Onlara qarşı mübarizə aparmağa hazırıq.

- Növbəti turda “Zirə”nin qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Bütün matçlar çox çətin keçir. Bu baxımdan “Zirə” ilə qarşılaşma da istisna olmayacaq. Rəqiblər də günbəgün daha da yaxşı forma yığır. Amma öncə də dediyim kimi, biz "Qarabağ"ıq. "Zirə" bizə qarşı maksimum motivasiya ilə meydan çıxacaq. Lakin bu, bizi qorxutmur. Qarşıdakı oyunda öz gücümüzü göstərəcəyik.

Azad Nuriyev








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31