20 May 2024, Bazar ertəsi
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə

Ölkə futbolu

Nazir iş adamlarına səsləndi

“BU TURNİR UŞAQ FUTBOLUNUN İNKİŞAFI ÜÇÜN BÖYÜK BİR ADDIMDIR”

“Artıq ikinci ildir ki, Bakı kənd və qəsəbələri arasında minifutbol turniri təşkil olunur. Birgə təşkilatçılığa görə Bakı Abadlıq Xidmətinə minnətdaram. Bakı Abadlıq Xidməti ilə cüdoda da əməkdaşlığımız davam edir. Fürsətdən istifadə edib iş adamlarını idmana dəstək olmağa çağırıram”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri bu gün keçirilən Bakı kənd və qəsəbələri arasında minifutbol turnirinin yekunu barədə danışarkən gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir bildirib ki, bu cür turnirlərin təşkili Azərbaycan futbolunun inkişafına fayda verəcək: “Bu turnir uşaq futbolunun inkişafı üçün böyük bir addımdır. Biz bir müddət əvvəl 15 yaşlılar arasında iki beynəlxalq turnir də keçirmişik. Belə yarışlar nə qədər çox olsa, uşaqlarımız bir o qədər inkişaf edər. İnanıram ki, bu uşaqları gələcəkdə milli komandamızda görəcəyik”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31