12 Oktyabr 2025, Bazar günü
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət
Şahmatçılarımız Ermənistana qalib gəldi

Ölkə futbolu

Şahin Diniyev: “Rəqibin ustalıq səviyyəsi bizdən üstündür”

“Nə desəm, bilmirəm. Nəticə odur ki, “Neftçi” qələbə qazandı. Oyuna yaxşı başlamışdıq. Qol vəziyyətlərimiz daha çox idi. Hesab açıldıqdan sonra rəqib irəli atıldı. Sona qədər oynamalı idik. “Neftçi”nin qələbəsinə kölgə salmaq istəmirəm, amma oyunun hesabı 3:0 olmamalı idi. “Sabah”a məğlub olduqdan sonra futbolçuları oyuna kökləmək çətindir. İddiamız qalmayıb, mövsüm bizim üçün bitib. Növbəti ilə hazırlaşmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Dinyev Azərbaycan Premyer Liqasının 35-ci turunda “Neftçi”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, məğlubiyyətin əsas səbəbini belə izah edib: “Əsas keyfiyyət məsələsidir. Oyunçularımı aşağılamaq istəmirəm, amma rəqib futbolçuların fərdi ustalıq səviyyəsi bizdən üstündür”.

Diniyev start heyətində dəyişikliklər etməsi barədə də danışıb: “Futbolçuları qazanmaq istəyirdik. Hüseynəli Quliyev və Samir Abdullayev yaxşı çıxış etdi. Rotasiyalar etmək istədik. Dediyim kimi, mövsüm bizim üçün bitib, ona görə də futbolçuları qazanmalıyıq. Həmçinin boşluqlarımızı görüb, problemləri həll etmək əsasdır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31