21 May 2024, Çərşənbə axşamı
Mövsümün bəxtsizi - “Səbail”
"Qarabağ"dan son 27 ilin rekordu
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə

Ölkə futbolu

2 futbolçuya 4, baş məşqçiyə 2 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda I Liqanın 25-ci, II Liqanın 24-cü turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

I Liqada “Şamaxı” - “Karvan” oyununun 10-cu dəqiqəsində “Karvan”ın futbolçusu Budaq Nəsirov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Karvan” klubu 300 manat cərimə edilib.

“Mingəçevir” - “Zaqatala” oyununun 90-cı dəqiqəsində “Zaqatala” klubunun baş məşqçisi Rüstəm Məmmədov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Zaqatala” klubu 150 manat cərimə edilib.

“Kürmük Qax” - “Şəmkir” oyununun 29-cu dəqiqəsində “Kürmük Qax” klubunun futbolçusu Nail Təhməzli təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kürmük Qax” klubu 300 manat cərimə edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31