11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Xarici futbol

Türkiyədə oyun zamanı 17 yaşlı hakim ölüb

Türkiyənin Balıkesir bölgəsində həvəskarlardan ibarət "Gündoğan Çeltikspor" və "Bostancıspor" komandaları arasındakı oyun zamanı 17 yaşlı yan xətt hakimi dünyasını dəyişib. Futbolxeber.az saytının məlumatına görə, hadisə süni örtükdə keçirilən görüşün 32-ci dəqiqəsində baş verib.

Hakimliyə namizəd Halil Berke Aygün anidən özünü pis hiss edərək, yerə yıxılıb. Stadionda həkimlər olmadığından, təcili yardım çağırılıb. Həkimlərin ilkin yardımından sonra o, yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Lakin hakimin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Halil Berke Aygün xəstəxanaya aparıldıqdan sonra oyun davam etdirilib. "Üzümlüspor" və "Göbelspor" komandaları arasındakı növbəti qarşılaşmanın startı ərəfəsində isə hakimin ölüm xəbəri gəlib. Nəticədə matç təxirə salınıb ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31