11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Xarici futbol

“Barselona” 2015-ci ilə kimi transfer edə bilməz!

FİFA “Barselona”ya qarşı sanksiya tətbiq edib. Futbolxeber.az-ın məlumatına görə, Kataloniya klubu qarşıdakı 2 transfer pəncərəsi zamanı - 2015-ci ilin yayına kimi heç bir futbolçunu transfer edə bilməz.

Bu haqda FİFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, “Barselona” 2009-2013-cü illər aralığında 18 yaşa kimi futbolçuların keçidində qayda pozuntuların yol verdiyinə görə cəzalanıb. Beynəlxalq futbol qurumu “Barselona”ya vəziyyəti düzəltmək üçün 3 ay vaxt verib.

Qaydalara riayət etməməsi “Barselona”nı maddi cəhətdən də geri salıb. Belə ki, katalonlar 450 min İsveçrə frankı həcmində cərimələnib. Klubla yanaşı, yerli federasiya da cəzalanıb. İspaniya Futbol Federasiyasının payına 500 min frank cərimə düşüb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31