4 Noyabr 2025, Çərşənbə axşamı
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”

Digər idman növləri

Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə ölkə birinciliyi keçirilib

Gəncə şəhərində ilk dəfə aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, IX ölkə birinciliyi Gəncə İdman Sarayında baş tutub.

Yarışda iştirak edən gimnastlar müxtəlif yaş kateqoriyaları və proqramlar üzrə çıxış ediblər.

Balacalar (2017-2018) fərdi çıxışlarda, uşaqlar (2014-2016) fərdi, qarışıq cütlük, üçlük və qrup proqramlarında, yeniyetmələr (2011-2013) fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında, gənclər isə fərdi və üçlük kompozisiyalarda bacarıqlarını göstəriblər.

Yarışda "Ocaq Sport" Klubu və Sumqayıt Olimpiya İdman Kompleksini təmsil edən ümumilikdə 60-a yaxın gimnast iştirak edib. Fərqlənənlər medal və diplomlarla mükafatlandırılıblar.

Turnir həmçinin gənc gimnastlar üçün noyabrın 9-11-də Gəncədə ilk dəfə keçiriləcək gənclər və 15 yaşadək gimnastlar arasında I Avropa çempionatına sınaq xarakteri daşıyıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30