4 Noyabr 2025, Çərşənbə axşamı
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”

Futzal

“Araz-Naxçıvan”ın 1/8 final üçün yer aldığı səbət müəyyənləşdi

Dünən keçirilmiş 2 oyundan sonra futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə aparacaq 16 komanda müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, reqlamentə əsasən, A yolunda mübarizə aparan və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar.

Noyabrın 6-da, Bakı vaxtı ilə saat 17:00-da 1/8 və 1/4 final mərhələlərini püşkü atılacaq. 1/8 final mərhələsinin oyunlar isə noyabrın 24-də və dekabrın 5-də, 1/4 finalın matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaq.

Bundan sonra “Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək.

Qeyd edək ki, 7-ci qrupun qalibi olaraq ilk dəfə keçirilən 1/8 finala vəsiqə qazanan “Araz-Naxçıvan” ilk oyununu Bakıda keçirəcək.

A yolu, qrup qalibləri

"Kartagena Kosta Kalida" (İspaniya)

"İlles Balears Palma" (İspaniya, ÇL son qalibi)

"Benfika" (Portuqaliya)

"Sportinq" (Portuqaliya)

A yolu, qrup ikinciləri

"Piast Qlivise" (Polşa)

"Etoile Lavalloise" (Fransa)

"Riqa" (Latviya)

"Kayrat Almatı" (Qazaxıstan)

A yolu, qrup üçüncüləri

"Sportinq Anderlext" (Belçika)

"Semey" (Qazaxıstan)

"Luxol St. Andreus" (Malta)

"Priştina 01" (Kosovo)

B yolu, qrup qalibləri

AEK (Yunanıstan)

"Hjörrinq" (Danimarka)

"Araz-Naxçıvan" (Azərbaycan)

"Hit Kiyev" (Ukrayna)








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30