4 Noyabr 2025, Çərşənbə axşamı
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”

Xarici futbol

"Qarabağ"ın rəqibi itki ilə üzləşdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” itki ilə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, Frankfurt klubunun hücumçusu Can Uzun sıradan çıxıb. O, Bundesliqanın 9-cu turunda “Haydenhaym”la oyunda (1:1) zədələnərək meydanı tərk edib. Uzun əvəzlənərkən göz yaşlarını saxlaya bilməyib.

"Bild"in məlumatına görə, türkiyəli forvard uzun müddətə sıradan çıxıb.

Türkiyənin əsas milli komandasına da çağırılan 19 yaşlı Can Uzun bu mövsüm "Ayntraxt"da 13 oyuna 6 qol vurub, 4 qol ötürməsi edib.

Qeyd edək ki, “Qarabağ” - “Ayntraxt” oyunu 2026-cı il, yanvarın 21-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30