4 Noyabr 2025, Çərşənbə axşamı
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”

Digər idman növləri

Azərbaycan cüdoçusundan növbəti qızıl medal

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, finalda Kənan Nəsibov Polşa təmsilçisi Yakub Sordilini məğlub edərək qızıl medalı qazanıb. Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncülük uğrunda qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc medala sahib olub.

Qeyd edək ki, bir gün öncə Azərbaycan cüdoçularından İslam Rəhimov (66 kq) Avropa çempionu adını qazanmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30