20 Yanvar 2026, Çərşənbə axşamı
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu

Digər idman növləri

Azərbaycan Velosiped İdmanı Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib

Noyabrın 1-də Azərbaycan Velosiped İdmanı Federasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan federasiya prezidenti Zaur Axundov iştirakçıları iclasın gündəliyi ilə tanış edib.

Sonra o, federasiyanın idman direktoru vəzifəsinə dəvət olunmuş qazaxıstanlı Vladimir Buşanskini İcraiyyə Komitəsinin üzvlərinə təqdim edib. Zaur Axundov mütəxəssisin ölkəmizdə uğurlu fəaliyyət göstərməsi üçün ona lazımi dəstəyin veriləcəyini vurğulayıb.

Federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov İcraiyyə Komitəsinin ötən iclasından sonrakı dövr ərzində görülmüş işlər və keçirilmiş çoxsaylı tədbirlər barədə iclas iştirakçılarını məlumatlandırıb. O, Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin 2 şəhər və 8 rayonunda velosiped bölmələrinin açıldığını, gələcəkdə bu prosesin davam etdiriləcəyini bildirib.

“Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı”nın Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı il üçün təqvim planına daxil edildiyini vurğulayan Sahib Ələkbərov, 2.1 kateqoriyalı bu yarışın gələn ilin 10-14 may tarixlərində keçiriləcəyini və 5 mərhələdən ibarət olacağını deyib. İcraiyyə Komitəsinin üzvləri yarışın nəzərdə tutulan marşrutları ilə tanış edilib, onlara görülməsi vacib olan işlər haqda ətraflı məlumat verilib.

Federasiya prezidenti Zaur Axundov yarışın Təşkilat Komitəsinin rəhbəri vəzifəsinə Sahib Ələkbərovun namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib.

AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov Respublika Velotrekində aparılmış yenidənqurma və təmir işləri barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda federasiyanın yeni rəsmi internet saytı da təqdim olunub, onun dizaynı, funksionallığı və strukturu barədə məlumat verilib. Daha sonra digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31