20 Fevral 2026, Cümə
Millimiz darmadağın oldu
XXI turun hakim təyinatları
Makmanaman “Qarabağ”ı tənqid etdi
Qurbanov məğlubiyyəti şərh etdi

Digər idman növləri

Azərbaycan çempionatında 170-dək boksçu mübarizə aparacaq

Azərbaycan çempionatında 170-dək boksçu mübarizə aparacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Boks Federasiyası açıqlama yayıb.

Boks Mərkəzində təşkil olunacaq yarışda kişilər arasında 10, qadınlarda isə 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Yeddi gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 31 komandanın 170-dək boksçusu qatılacaq.

Turnirin açılış mərasimi saat 12:00-da, döyüşlər isə 12:30-da başlanacaq. Yarışda fərqlənən idmançılar yığmanın heyətinə cəlb olunaraq beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəcəklər.

Çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Sid Ali Mokretari (Əlcəzair) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, Mərakeş, Argentina, Braziliya, Bolqarıstan və Kubadan olan beynəlxalq dərəcəli hakimlər idarə edəcəklər.

Qeyd edək ki, boks üzrə Azərbaycan çempionatına yanvarın 22-də start veriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28