Ölkə futbolu
Bayandur Mehdiyevdən AFFA-ya: “Nə oldu o ayaqqabı?”
İndiki dövrdən fərqli olaraq, bizim yeniyetməlik vaxtımızda – 90-ların sonu, 2000-lərin əvvəlində – internet yox səviyyəsində idi. Həmçinin sosial şəbəkələr, yutub kimi ifadələr bizə yad idi. Bizim nəslin komediya anlayışı “Komedixana” yox, “Parni iz Baku”nun konsertləri idi. İmkanı olanlar həmin konsertləri hər il Respublika sarayından, olmayanlar isə təxminən konsertdən bir ay, ay yarım sonra “prokat” video kassetlərdə izləyirdi. 20-25 il keçsə də, bu gün də həmin konsertlərə insan həvəslə, böyük maraqla tamaşa edir. Çünki o zarafatlar indiki kimi beldən aşağı yox, düşündürücü idi.
Hörmətli oxucu, düşünmə ki, futbol saytının əməkdaşı sizinlə əsrin əvvəli ilə bugünkü komediyanın səviyyəsini müqayisə etmək fikrindədir. Cızma-qaramın mustafası başqadır.
Dünən gecə “Parni iz Baku”nun 2000-ci ildəki konsertini bəlkə 397-ci dəfə izləyərkən bir anda gözümün önündə bizim AFFA canlandı...
Deməli, KVN-şiklər 25 il əvvəl kifayət qədər populyar olan ABA kanalında Bayandur Mehdiyevin aparıcılığı ilə yayımlanan “Qız qalası” proqramını parodiya edirlər. Verilişin qonağı cazmen Cavan Zeynallıdır. Qonağı salamlayan Bayandur Mehdiyev üzünü ona tutaraq deyir:
“Yadımdadır, 75-ci ildə siz “Qaya” qrupunun tərkibində getmişdiniz Çexoslovakiyaya. Yadındadır? Yadındadır, hə? Onda mən sənə 50 rubl verdim, sən mənə “Tsebo” ayaqqabısını alasan. Nə oldu o ayaqqabı?”
Rəhmətlik Bayandur Mehdiyev sağ olsaydı, yəqin ki, AFFA rəhbərliyinə, baş katib Cahangir Fərəcullayevə improvizə edərək, "Hörmətli AFFA, nə oldu o strategiya?” sualını ünvanlayardı...
Ay bağ belə, bostan elə. İlyarım əvvəl AFFA-da rəhbərliyə gələndə inkişaf nağılları danışıldı, bir ilə yaxın camaatın başı strategiya ilə qatıldı. Milyonlar verib strategiya yazdırıldı. Həmin inkişaf strategiyasının ictimaiyyətə təqdimatından artıq 9 aydan da çox vaxt keçib. Amma strategiyada yazılanların heç bir faizi də icra olunmayıb. Niyə? AFFA rəhbərliyi görəsən, nəyi, kimi gözləyir? Ümumiyyətlə, strategiyanın adını çəkən də yoxdur. Səhv etmirəmsə, AFFA-nın baş katibi Cahangir Fərəcullayev sonuncu dəfə strategiya sözünü dilinə apreldə gətirib. Həmin vaxt AFFA-nın Hesabat Konfransında baş katib səsləndirdiyi fikirləri ümumiləşdirərək, “Sıfırdan ev tikməliyik” demişdi. Yarım il keçib, lakin həmin evin heç özülü də qoyulmayıb. Bu gedişlə qoyulmayacaq da...
Görünür, biz strategiya anlayışını səhv başa düşmüşük.
Əslində, hazırkı AFFA rəhbərliyi strategiya deyəndə
* Əsas milli komandanın qələbə üzünə həsrət qalmasını;
* Aşağı yaş qrupları üzrə milli komandaların seçmə mərhələdə darmadağınlarla üzləşməsini;
* U-17 qızlar millisinin Uelsdən 7 cavabsız qol buraxmasını;
* Fransaya 0:3 hesabı ilə uduzmağı atəşfəşanlıqla qeyd etməyi;
* U-21 yığmasını kateqoriyasız, əvəzində daydaylı məşqçiyə tapşırmağı;
* İcraiyyə Komitəsinin qərarı olmadan əsas milliyə, gənclər millisinə baş məşqçi təyin etməyi;
* Azərbaycan hakimliyini biabırçı səviyyəyə endirməyi;
* Vitse-prezidentin tutduğu postu unudaraq ölkə çempionatının oyununda sevimli komandasının qolunu alqışlamasını;
* Baş katibin millinin baş məşqçisindən iki dəqiqəyə üz döndərməsini;
və s. və ilaxırı nəzərdə tuturmuş...
Siz də saf adamlarsınız e, harada görülüb ki, strategiya deyiləndə inkişaf nəzərdə tutulsun? Nə olsun ki, adı “İnkişaf strategiyası”dır...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- “Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
- Sənə güvəndiyim dağlar...
- “Neftçi” ilə oyunu maraqla gözləyir: “O, “Real”a qalib gəlib”
- "Neftçi" Abu Dabi toplanışına start verdi
- “Araz-Naxçıvan” Elmar Baxşıyevin müqaviləsinə hələ də xitam verməyib
- "Kəpəz" onun transferini açıqladı
- "Neftçi" "Kayrat"ı darmadağın etdi
- “Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı oynadı
- “Neftçi”nin sabiq müdafiəçisi “Qarabağ”la “Kayrat”ı müqayisə etdi
- "Qarabağ" - "Ayntraxt" oyununun hakimləri müəyyənləşdi
- “Araz-Naxçıvan” gücünü əvəzedicilərə göstərdi
-
19:41
Sumqayıtda cüdo üzrə "İstedadların seçimi" turnirinin I turu keçiriləcək
-
18:58
"İmişli" portuqaliyalı hücumçu transfer etdi
-
18:26
Azərbaycan çempionatında 5 çəki dərəcəsində finalçılar müəyyənləşib
-
18:00
"Şahdağ Qusar" heyətini anqolalı ilə gücləndirdi
-
17:37
“Decathlon”da “Neftçi Official Fan Store Corner” açılır!
-
17:13
Ölkə kuboku: 1/4 final oyunları üçün hakim təyinatları
-
16:44
“Nyukasl” onunla yollarını ayırdı
-
16:00
"Xankəndi" 5 futbolçusu ilə vidalaşdı
-
15:29
Musa Qurbanlı: “Şans varsa, çalışacağıq ondan istifadə edək”
-
15:12
Sabiq "Araz-Naxçıvan"lı I Liqa klubunda
-
14:35
Cavid İmamverdiyev klubundan ayrıldı
-
13:58
Azərbaycan futbolunda yenilik VİDEO
-
13:21
Aərbaycan kubokunun püşkü atılıb FOTOLENT
-
13:07
“Neftçi”nin sabiq futbolçusu "Xankəndi"də
-
12:46
Andrey Ştoqrin: “Məqsədimiz bu cür qələbələrin adiləşməsidir”
-
12:34
Velosiped İdmanı Federasiyası və AHİİTA arasında Memorandum imzalanıb
-
12:13
“Səbail”ə lazım olmadı, “Mingəçevir”ə keçdi
-
11:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:29
“Kəpəz”in futbolçusu bıçaqlandı, klub açıqlama yaydı
-
11:05
Parisdəki "Böyük Dəbilqə"də Azərbaycanı səkkiz cüdoçu təmsil edəcək
-
10:48
Yarımçıq dayandırılan "Qəbələ" - "Turan Tovuz" matçının vaxtı bilindi
-
10:31
"Roma" uduzdu VİDEO
-
10:17
XXII turun oyun cədvəli açıqlandı
-
10:00
"Fənərbaxça" 3 xalı 2 qolla qazandı VİDEO
-
19:19
“Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
-
19:04
“Sumqayıt” sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü FOTOLENT VİDEO
-
18:56
Cüdoçularımız Belçikada Olimpiya Təlim Düşərgəsinə qoşulublar
-
18:21
Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
-
17:35
"Anderlext"də baş məşqçi istefası
-
17:08
“Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
-
16:42
Millimizin Özbəkistanla oyunlar üçün heyəti açıqlandı
-
16:17
Həndbol üzrə ölkə çempionatında V turun oyunları keçirilib
-
15:53
"Qarabağ"ın sabiq futbolçusu I Liqa klubunda
-
15:39
"Şamaxı"nı Malta klubuna dəyişdi
-
15:00
“Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
-
14:44
Boks millimiz ilin ilk təlim-məşq toplanışına start verib
-
14:26
"Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubunda
-
14:08
Cüdo millilərimizdə yeni məşqçi təyinatları
-
13:37
“Neftçi”nin 200-cü “qol silahı”
-
13:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:52
Azərbaycan çempionatları tarixinə düşdü
-
12:40
Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
-
12:21
"Tottenhem" - "Mançester Siti" matçında 4 qol VİDEO
-
12:09
“Neftçi”nin 1030 gün gözlədiyi qələbə
-
11:52
PSJ-dən çətin qələbə VİDEO
-
11:34
"Xankəndi"dən növbəti transfer
-
11:18
"Old Trafford"da dramatik sonluq VİDEO
-
11:06
Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
-
10:43
"İnter" oyunun taleyini ilk hissədə həll etdi VİDEO
-
10:27
"Karvan-Yevlax"dan ayrıldı, "Mingəçevir"ə keçdi
03.02.2026
02.02.2026























