7 Dekabr 2025, Bazar günü
“Zirə” “Qarabağ”ı qəbul edir
DÇ-2026-nın püşkü atıldı (YENİLƏNİB)
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”

Xarici futbol

Serbiya klubunun baş məşqçisi oyun zamanı vəfat etdi

Serbiya çempionatının 14-cü turunda keçirilən "Mladost Luçani" - "Radniçki" matçı zamanı faciə yaşanıb.

Futbolxeber.az saytının məlumatına görə, qonaq komandanın baş məşqçisi Mladen Jijoviç oyun vaxtı vəfat edib.

Gün ərzində ürək bulanmasından şikayətlənən Jijoviç matç zamanı da özünü pis hiss edib. Daha sonra 44 yaşlı mütəxəssis qışqıraraq yıxılıb və huşunu itirib. Bu vəziyyətdən oyunçular da narahat olublar. Görüş 41-ci dəqiqədə yarımçıq dayandırılıb.

Baş məşqçi isə huşunu itirdikdən təxminən 20 dəqiqə sonra dünyasını dəyişib.

Bildirilib ki, onun ürəyi dayanıb. Xəstəxanaya aparılan mütəxəssisə müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi hələlik açıqlanmayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31