7 Fevral 2026, Şənbə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Xarici futbol

Spaletti Kənan Yıldızı təriflədi

“Yuventus”un aparıcı futbolçusu Kənan Yıldız bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Sportinq”ə qarşı keçiriləcək matçda forma geyəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Turin klubunun baş məşqçisi Luçano Spaletti bildirib.

Təcrübəli mütəxəssis türkiyəli ulduz haqda müsbət fikirlər səsləndirib: “Bəxtim gətirib ki, karyeram ərzində bir çox görkəmli futbolçularla çalışmışam. Yıldız da yüksək səviyyə nümayiş etdirir. Ondan meydanda hansı mövqedə özünü daha yaxşı hiss etdiyini soruşdum. Kənan isə cavab verdi ki, sol mərkəz hücumçusu kimi oynamağa üstünlük verir. O, həm ikinci hücumçu, həm də cinahda yaxşı olduğunu söylədi”.

Qeyd edək ki, zədə səbəbindən A seriyasının son turunda “Kremonoze” ilə görüşdə forma geyməyən Kənan Yıldız, bu mövsüm bütün turnirlər nəzərə alınmaqla meydana çıxdığı 13 oyunda 3 qol vurub, 4 dəfə məhsuldar ötürmə müəllifi olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28