5 Noyabr 2025, Çərşənbə
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Digər idman növləri

Azərbaycan milli komandası bu gün Paris-2024-də

Paris-2024 Yay Olimpiya Oyunları davam edir. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün Azərbaycanın 4 idmançısı yarışda mübarizə aparacaq.
 
Güləş 
 
50 kq
 
Bu gün qadın güləşçimiz Mariya Stadnik 1/8 finalda xalça üzərinə çıxacaq. İkiqat dünya, doqquzqat Avropa çempionu, Olimpiya Oyunlarının ikiqat gümüş, ikiqat bürünc mükafatçısı, Avropa Oyunlarının ikiqat qalibi olan Mariya B xalçasının 9-cu görüşündə Almaniya təmsilçisi Anastasiya Blayvas ilə qarşılaşacaq. A.Blayvas dünya və Avropa çempionatının bürünc mükafatçısıdır. 
 
Qadınların güləş yarışları saat 13:00-da başlayacaq. 
 
77 kq
 
Yunan-Roma güləşçimiz Sənan Süleymanov da bu gün 1/8 finaldan mübarizəyə başlayacaq. A xalçasının 10-cu görüşündə Sənanın rəqibi Bolqarıstanı təmsil edən, erməni əsilli Aik Mnatsakanyan olacaq. Sənan Süleymanov dünya çempionatının ikiqat gümüş mükafatçısı, Avropa çemponudur. O, qitə çempionatında 2 dəfə bürünc medal da qazanıb.  Aik Mnatsakanyan isə həm dünya çempionatlarında, həm də Avropa çempionatlarında iki dəfə bürünc medala yiyələnib.
 
Yunan-Roma güləşi üzrə yarışlar saat 13:00-da start götürəcək. 
 
130 kq
 
Azərbaycan təmsilçisi Sabah Şəriəti bu gün bürünc medal uğrunda güləşəcək. O, Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi ilə qarşılaşacaq. 
 
Üçüncü yer uğrunda görüşlər saat 20:15-də başlayacaq.
 
Çəkicatma
 
Azərbaycan çəkicatanı Anna Skidan isə finalda qüvvəsini sınayacaq. Təsnifat mərhələsində 32 atlet arasında 6-cı yeri tutaraq finala vəsiqə əldə edən Anna medal uğrunda yarışacaq. Həlledici mərhələdə 12 idmançı çıxış edəcək.
 
Mübarizəyə Bakı vaxtı ilə saat 21:50-də start veriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30