27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Minifutbol

Millimizin kapitanı: “Azərbaycan xalqı bizdən nəticə gözləyir”

“HAMI “ZİRƏ” - “BİRBAŞA BAKI” FİNALI GÖRMƏK İSTƏYİR”

Minifutbol üzrə Azərbaycan milli komandasının və “Zirə”nin kapitanı Seymur Məmmədovun Futbolxeber.az saytına müsahibəsi

 

- Minifutbol üzrə Azərbaycan çempionatında ilkin mərhələ başa çatdı. Demək olar ki, ilk 15 turda hər şey “Zirə”nin istədiyi kimi keçdi?

- Mövsümün geridə qalan hissəsi bizim üçün əla keçdi. Məşqçilərimizin verdiyi tapşırıqları 100 faiz yerinə yetirdik. Nəticələr də onu göstərir. Pley-off matçlarına hazırlaşacağıq. Orada hər şey baş verə bilər. Baxmayaraq ki, birinci pillədəyik, məğlubiyyətimiz olmayıb, hər şey mümkündür.

- Son turlara yaxın qarşınıza məqsəd qoymuşdunuz ki, 15 oyunun hamısını qələbə ilə başa vurasınız?

- Sona yaxın yox, mövsüm başlayanda da qarşımıza məqsəd qoymuşduq ki, bütün oyunlarda qalib gələk.

- 15 turda maksimum nəticə göstərdiniz, üstəlik, ilk dəfə son çempion “Birbaşa Bakı”ya qalib gəldiniz. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, “Zirə” ötən mövsümlə müqayisədə güclənib?

- Komandadan gedənlər də zəif oyunçular deyildi, hamısı güclü idi. Sadəcə komandaya uyğunlaşıb-uyğunlaşmayan oyunçular var idi. Keçən il də finalda uduzduq, ikinci olduq. Bu mövsümkü məqsədimiz də ən azından finala çıxmaqdır.

- Ötən mövsümkü “Zirə” - “Birbaşa Bakı” finalı yenidən təkrarlana bilər?

- Bizim məqsədimiz bütün oyunları qələbə ilə başa vurmaqdır. Bütün matçlara da bunun üçün çıxacağıq. Digər komandalar “Zirə” ilə oyuna tamam fərqli motivasiya ilə çıxırlar. Ən azından millinin üzvləri var, hamı özünü sübut etmək istəyir. Bizimlə oyuna komandalar 2-3 qat motivasiya ilə çıxır. “Birbaşa Bakı”da da millimizin üzvləri var. Tək mən yox, elə hamı “Zirə” - “Birbaşa Bakı” finalı görmək istəyir. Amma digər komandaları da zəif qismində görmürük.

- Ötən mövsüm Çempionlar Liqasında oynadınız və üçüncü oldunuz. Qarşıdakı illərdə Azərbaycan klubunun Çempion Liqasının qalibi olmaq ehtimalı nə dərəcədə realdır?

- Azərbaycan çempionatında mübarizə aparan komandalar avrokuboklarda normal nəticə verə bilər. Biz ötən mövsüm turnirdə debüt edirdik, start istədiyimiz kimi olmadı. Amma sonda üçüncü yeri tutduq. Halbuki ilk ildəcə Çempionlar Liqasında final oynaya bilərdik. Qismət.

- Qarşıda milli komandamızı Avropa çempionatı gözləyir. Necə düşünürsünüz, titulu qorumaq mümkün olacaq?

- Hazırkı Avropa çempionuyuq. Bu adı qorumaq istəyirik. Bu ayın sonundan hazırlaşmağa başlayacağıq. Millini hər zaman düşünürük. Sadəcə indi gücü çempionata vermişik. Milli komanda hazırlıqları başlayanda, ən yaxşı şəkildə məşqlərə köklənəcəyik. Azərbaycan xalqı bizdən nəticə gözləyir. Bilirlər ki, minifutbol nədir. Ona görə işimiz bir az da yaxşı mənada ağırlaşır.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30