27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

“Red Bul Neymar Jr’s Five” turnirinin Azərbaycan üzrə tarixləri dəyişdi

Məşhur futbolçu, Braziliya millisinin və PSJ klubunun üzvü Neymar tərəfindən təqdim edilən “Red Bul Neymar Jr’s Five” futbol turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, iştirakçı komandalar tərəfindən çox saylı müraciətlərə görə maraqla gözlənilən yarışın tarixləri dəyişdirilib.

Beləliklə, seçim mərhələləri 12 sentyabrda Gəncə şəhərində, 28-29 avqust və 4-5 sentyabr tarixlərində Bakıda keçiriləcək. Azərbaycan üzrə qalibin məlum olacaq milli final mərhələsi Bakıda 19 sentyabrda baş tutacaq.

“Red Bul Neymar Jr’s Five” futbol turnirində iştirak etmək istəyənlər onlayn qeydiyyat mərhələsindən keçməlidir. İştirakçı yerlər məhdud olduğundan qeydiyyata tələsməyi xahiş olunur. Gəncə seçimləri üçün qeydiyyat sentyabrın 10-da yekunlaşacaq.

Xatırladaq ki, “Red Bul Neymar Jr’s Five” - dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal futbol turniridir. İldən ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaq.

Yarışda yeddi nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçular 18-35 yaş arası olmalıdırlar.

Reqlamentə əsasən, turnirdə hər oyun 10 dəqiqə davam edir. Rəqibin qapılarına hər vurulan qol, rəqibin komandadan bir oyunçunu meydandan uzaqlaşdırır. Oyun, komandalardan birinin son oyunçusunun meydandan uzaqlaşdırılmasına və ya matçın vaxtı bitənə qədər davam edir. Oyunun sonunda oyunçu sayı daha çox olan komanda qalib gəlir.

Qeydiyyat: www.redbullneymarjrsfive.com

Layihənin tərəfdaşları: AR Gənclər və İdman Nazirliyi, AFFA

Media dəstəkçisi: Day.az, CBC SPORT

Meydança - Sportster

Catering tərəfdaşı - Frychicken




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30