2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

AVRO-2020: Kubok Bakının müxtəlif məkanlarında

İyunun 11-də Romada start götürəcək futbol üzrə Avropa Çempionatının əsas mükafatı olan “Anri Delone” kuboku Avropanı səyahətə çıxıb, Roma, Buxarest və Budapeştdən sonra dördüncü dayanacağı Bakı şəhəridir.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, kubok artıq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Atəşgah Məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunda olub. Kubok turu bu gün də davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq.

Turun əsas məqsədi ictimaiyyəti kubokla tanış etmək və AVRO həyəcanını Bakı küçələrinə yaymaqdır. Kuboku turnirin rəsmi maskotu Skillzy və digər personajlar müşayiət edəcək. Kubok Turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31