2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Media Komitəsi: seçkinin vaxtı açıqlandı, 8 namizəd var

Aprelin 4-də AFFA yanında Media Komitəsinin (MK) İdarə Heyətinin növbəti iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, İdarə Heyətinin üzvlərindən Mahir Rüstəmli, Vüqar Zeynalov, İlqar Tağıyev, Elçin Cəlilov və qurumla AFFA arasında əlaqələndirici Firuz Abdullanın iştirak etdiyi iclasda əsasən aprelin 7-nə nəzərdə tutulan seçki ilə bağlı məsələlər müzakirə olunub və qərara alınıb:

1. İdarə Heyətinə seçkidə iştirak etmək istəyənlərin namizədlikləri qeydə alınsın.

Beləliklə, aprelin 7-də AFFA-nın inzibati binasının konfrans zalında keçiriləcək seçkiyə aşağıdakı namizədlər qatılacaqlar:

1. Cəlilov Elçin (futbolpress.az)

2. Cəfərov İbrahim (futbolxeber.az)

3. Əhmədov Araz (sportfm.az)

4. Hacı Kamran (allsport.az)

5. Xeyrullayev Vüqar (apasport.az)

6. Mikayıllı Ruslan (azerisport.az)

7. Rüstəmli Mahir (Futbol+)

8. Tağıyev İlqar (Het-trik news)

2. Səsvermədə iştirak etmək istəyən Media Komitəsi üzvləri aprelin 7-i saat 15:00-dan 15:20-ə kimi qeydiyyatdan keçməlidirlər. Hər mətbu orqandan 1 nümayəndə səsvermədə iştirak edə bilər. Göstərilən vaxtda qeydiyyatdan keçməyənlər səsvermədə iştirak edə bilməyəcəklər. Çıxış etmək istəyən MK üzləri və üzvlüyə namizədliklərini irəli sürmüş saytların nümayəndələri qeydiyyat zamanı bu barədə istəyini qeydiyyatı aparan şəxsə bildirməlidirlər. Çıxış müddəti 1 nəfər üçün maksimum 5 dəqiqə nəzərdə tutulub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31