27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

Mirhacib Məcid: "Beş illiyimizdə fəaliyyətimizə "beş" verənlərin çoxluğu sevindirici haldır"

"Qol.Az saytında hər zaman oxucuya doğru, operativ informasiya verməyə çalışmışıq". Bunu Trend-ə açıqlamasında beş yaşını qeyd edən Qol.Az saytının məxsus oldugu "5 Media" şirkətinin direktoru Mirhacib Məcid deyib.
 
M.Məcidin sözlərinə görə, təsadüfi deyil ki, hazırki vəziyyətdə Qol.Az KİV-də ən çox istinad, etibar edilən idman portalıdır: "Mən həmişə qeyd etmişəm ki, Qol.Az-ın bu səviyyəyə çatmasında ən böyük pay sahibi bizim kollektivdir. Bu işdə, artıq müəyyən mənada öz sözlərini demiş gənc və istedadlı əməkdaşlarımız var. Məhz onların sayəsində gündəlik KİV-in böyük əksəriyyəti bizim materiallardan istinad edərək yayımlayır. Biz həmişə oxucuya dəqiq və səviyyəli xəbər verməyə çalışmışıq".
 
M.Məcid bildirib ki, beş illik fəaliyyətimizə "beş" qiyməti verənlərin çoxluq təşkil etməsi bizi sevindirir, işimizə stimul verir: "Bundan sonra da dayanmaq fikrimiz yoxdur. Zirvədəki yerimizi qorumaq və yeni layihələr üzərində düşünürük. Oxucularımız etimadını qoruyub saxlamaq üçün xeyli sürprizlərimiz var".
 
Qeyd edək ki, Qol.Az saytının fəaliyyətə başlamasından beş il ötür. Beş il əvvəl, 2008-ci il noyabrın 17-də Qol.Az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb. Qol.Az son beş ildə Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilib. Qol.az bu il Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30