26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

Hafiz Məmmədov: “Azad Rəhimovun xatirəsi həmişə qəlbimizdə yaşayacaq”

“Bakı” Futbol Klubunun prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

H.Məmmədov deyib: “Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsi xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladım. Azad bəyi uzun illərdi tanıyırdım. O, vətənini sevən, işgüzar, dövlətinə sadiq bir insan idi. Bir neçə il əvvəl Madrid “Atletiko”su ilə əməkdaşlığa başlayarkən, Azad Rəhimov dövlət rəsmisi kimi bizə lazımi dəstəyi göstərdi. Hətta səfərlərimizdən birində, Madrid şəhərində “Atletiko” klubunun rəhbərləri ilə görüşləri bərabər keçirdik və o işgüzar görüşlərdən çox gözəl xatirələr qaldı. Azad müəllimin xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Azad qardaş, qəbrin nurla dolsun. Ailə üzvlərinə və yaxınlarına, o cümlədən, Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30