27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

"Rio-2016"nın Təşkilat Komitəsinin sədri həbs olunub

Braziliya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman həbs olunub.
 
Futbolxeber.az-ın verdiyi məlumata görə, Nuzman korrupsiyada şübhəli bilinir.
 
Rio-de-Janeyronun ötənilki Oyunların təşkilatçısı seçilməsi müqabilində onun 2 milyon dollar rüşvət verdiyi güman olunur. Həbs 2016-cı ilin sentyabrından başlanan "Ədalətsiz oyun" əməliyyatı çərçivəsində həyata keçirilib. Həmin vaxt Nuzmanın evində və MOK binasında axtarışlar aparılıb. İşi Braziliya Fransa, Antiqua və Barbuda ilə müştərək aparır.
 
Qeyd edək ki, 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına Bakı da iddiaçı olub. Beynəlxalq Olimpiya Komitəsinin oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş 121-ci Sessiyasındakı səsvermə nəticəsində Rio-de-Janeyro Madridə 66:32 səs nisbəti ilə qalib gəlib. Həmin olimpiadaya iddiaçılar sırasında Bakı da yer alsa da, "qısa siyahı"ya düşə bilməyib. Sayca XXXI yay olimpiadası ötən ilin 5 - 21 avqustunda keçirilib. Bu, Cənubi Amerikada keçirilmiş ilk olimpiada olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30