26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

“Zirə”lilər məktəbdə: “Qarabağ”la oyundan da söhbət açıldı

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov, futbolçulardan kapitan Elvin Məmmədov, Kamal Bayramov, Yovan Krneta, Viktor İqbekoyi, Anar Nəzirov və Riçard Qadze Zirə qəsəbəsində yerləşən Ziya Ağayev adına 241 nömrəli tam orta məktəbdə görüş keçirib. Futbolxeber.az saytının məlumatına görə, tədbirdə məktəbin müəllim və şagird heyəti, həmçinin bəzi fəal azarkeşlər iştirak ediblər. 
 
Əvvəlcə çıxış edən məktəb direktoru Eldəniz Cabarov sözügedən komandanın heyətini təqdim edib. Ardından baş məşqçi Ayxan Abbasov söz alıb. Mütəxəssis yerli uşaqları futbola cəlb etmək üçün görüləcək işlərdən danışıb. Ayxan müəllim gələcəkdə istedadlı uşaqları üzə çıxarmaq və qəsəbədə futbolun təbliğatına təkan vermək məqsədi ilə məktəblilər arasında yarışların təşkil edilməsinin vacibliyini önə çəkib. Bundan sonra isə müəllim və şagirdlərlə komanda üzvləri arasında səmimi söhbət olub. Məktəblilər öz istəklərini dilə gətirməklə yanaşı, qarşıdakı “Qarabağ”la oyunda “Zirə”yə uğurlar arzulayaraq, stadiona gəlib dəstək olacaqlarını deyiblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30