26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

“Arsenal”la oyunda hamburger yeyən qapıçını qovdular

İngiltərə kubokunun 1/8 final mərhələsinin “Arsenal”a qarşı oyunda (0:2) diqqət mərkəzinə düşən 5-ci divizion klubu “Satton Yunayted”in ehtiyat qapıçısı Ueyn Şou komandadan qovulub. Futbolxeber.az-ın məlumatına görə, London nəhəngi ilə oyunda ehtiyat oyunçular skamyasında hamburger yeyən qapıçının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Maraqlıdır ki, matçdan öncə bukmeker kontorlarında Ueyn Şounun “Arsenal”la matçda hamburger yeyib-yeməyəcəyilə bağlı 1:8 nisbətində əmsal verilmişdi. Rəhbərlik 125 kq-lıq qolkiperin məhz bu səbəbdən oyun zamanı hamburger yediyi qənaətinə gələrək, onunla yolları ayırıb.
 
Qeyd edək ki, 44 yaşlı qolkiperi daha öncə 2013-cü ildə oyun zamanı onun çəkisini ələ salan bir azarkeşə hücum edərək, ona başla zərbə endirmiş, bundan sonra komandadan qovulmuşdu. Ancaq Şou 1 il sonra yenidən komandaya qaytarılmışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30