2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Cavid Hüseynovun bibisi oğlu məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi işi üzrə həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Futbolxeber.az-ın virtualaz.org saytına verdiyi məlumata görə, əvvəlki məhkəmədə olduğu kimi, media nümayəndələri bu dəfə də prosesdən kənarda qalıblar.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Elşən İsmayılov (“Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynovun bibisi oğlu), Arif Əliyev və Camal Məmmədov onlara elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Kənan Mədətov və Samir Mustafayev isə təqsirli bilməyiblər.

Təqsirləndirilən Elşən İsmayılov ifadəsində göstərib ki, mərhum Rasim Əliyevin Cavid Hüseynov barəsində yazdıqı statusu təhqir hesab edib: "Cavidin qohumu kimi yox, bir azərbaycanlı kimi mənə təsir elədi. Dedim bunu yazanın qanında azərbaycanlı qanı yoxdur. O da cavabında yazdı ki, şübhən varsa gedək yoxlatdıraq. Sonra nömrəmi yazmağımı istədi. Nömrəmi verdim. Zəng vurub söyüş söydü. Dedi istəyirsən gəl, “Bayıl market” in qarşısında görüşək”.

E.İsmayılov Rasimlə aralarında olan söhbət barədə Cavidə məlumat verib: "Cavid dedi ki, işin yoxdur. Dedim yox, o məni söyüb. Cavid də dedi, zəng vurub üzr istəyəcək. Gözlədim, zəng vurub üzr istəmədi. Əksinə dedi ki, üzr istəniləcək heç nə yoxdur. Tanımadığım adam idi, çəkinirdim, ona görə uşaqlara Bayıla getmək istədiyimi dedim. Birlikdə getdik. Bu hadisənin belə yerə çatacağı ağlıma da gəlməzdi".

E.İsmayılov hadisədən sonra Bibiheybət məscidinə getdiklərini deyib: "Uşaqlar namaz qıldılar. Sonra Cavid mənə zəng vurub narazılıq etdi, məni danladı. Dedi ki, niyə belə hərəkət etmisən, qanun var, dövlət var".

Sonra digər təqsirləndirilən Camal Məmmədov ifadə verib. O, Bayıla dava məqsədilə yox, çay içib söhbəti yoluna qoymaq üçün getdiklərini deyib.

C.Məmmədov ittihamlarda yazılanların əksəriyyəti ilə razılaşmadığını, belə bir hadisənin baş verməsindən peşmançılıq keçirdiyini bildirib.

Məhkəmə prosesi yanvarın 14-də davam edəcək.

Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.

Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb. Onun işi yaxın günlərdə məhkəməyə göndəriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31