27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

FİFA-nın həftəlik nəşri "Neftçi"dən yazdı

FİFA-nın həftəlik nəşri olan “The Weekly” jurnalının 19 sentyabr tarixli nömrəsində “Neftçi” PFK-ya yer ayrılıb. Futbolxeber.az-ın “ağ-qaralar”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, məqalə müəllifi Sven Goldmanın yazısında “Neftçi” PFK-nın son illərdə qazandığı nailiyyətlərdən bəhs edib. İki il əvvəl “Neftçi”nin Avropa Liqasında oynadığını vurğulayan müəllif , İtaliyanın “İnter” klubu ilə səfər oyununda qeydə alınmış 2-2 hesablı nəticəni də xatırlayıb. SSRİ dövründə “Neftçi”nin Moskva, Sankt-Peterburq və Kiyev kimi şəhərlərin təmsilçiləri ilə başa-baş mübarizə apararaq, 1966-cı ildə çempionatın bürünc medalları qazanması yazıda qeyd olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə çempionatının məhz “Neftçi”nin hegemonluğu ilə keçdiyini qabardan nəşr, son mövsümdə “Qarabağ” klubunun çempion olduğunu yazıb. Ağdam rayonunun erməni işğalçıları tərəfindən zəbt edilməsindən sonra “Qarabağ” klubunun məcburi olaraq Bakıda məskunlaşdığını vurğulayan müəllif buna baxmayaraq, paytaxtın bir nömrəli klubunun “Neftçi” olduğunu önə çıxarıb. Ötən mövsüm qeydə alınan sürpriz nəticəyə rəğmən “Neftçi”nin bu il növbəti çempionluğa doğru irəlilədiyi yazıda əksini tapıb.

Sonda isə müəllif  Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilmiş oyunda “Xəzər Lənkəran” üzərində qazanılmış qələbədən yazaraq oyuna geniş şərh verib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30