2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Futzal

Rövşən Hüseynli: "Şanslarımız az da olsa, davam edir"

"Oyun hər iki komanda üçün gərgin keçdi. Bu da gözlənilən idi. Çünki pley-off mərhələsinə vəsiqə qazanmaq şansını saxlamaq üçün komandalara mütləq qələbə lazım idi. Heyətlə bağlı da problemlər oldu. Baş məşqçimiz seçim zamanı daha çox yerli çempionatda çıxış edən futzalçılara üstünlük verdi. Hətta ilk dəfə milliyə dəvət alan, eləcə də uzun fasilədən sonra kollektivə qoşulan futzalçılar da oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin qolkiperi Rövşən Hüseynli DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniya ilə 5:5 hesablı heç-heçə etdikləri oyun barədə Azərbaycan Futzal Federasiyasına danışarkən deyib.

“Komanda olaraq pis oynamadıq. Rəqibimiz Avropada 5-in 4-ə oynayan ən yaxşı yığmalardan biridir. Düzdür, Niderland və Qazaxıstanla oyunlarda bu üstünlükləri sayəsində qollar vurmuşdular. Biz isə onları belə vəziyyətdə 2 dəfə cəzalandırdıq, amma meydanda oyunçu sayında üstünlük qazandıqları zaman onlar daha çox - 3 qol vurdular.

Üzücü məqam rəqibin meydanda azlıqda qaldığı zaman cərimə etməyimiz və onlara 10 metrlik zərbə vurmaq hüququ qazandırmağımız oldu. Halbuki say üstünlüyü bizdə olan zaman qol buraxmamalı idik. Bu da futzalçımızın təcrübəsizliyindən irəli gəlirdi. Amma gələcək üçün yığmaya yeni isimlər qazanmış olduq. 3-4 gün ərzində yığılan komandanın belə oyun göstərməsi ümidləndirməyə bilməz", - deyə o bildirib.

R.Hüseynli dekabrın 20-də səfərdə Niderlanda qarşı keçirəcəkləri oyun öncəsi vurğulayıb: "Şanslarımız az da olsa, davam edir. Bunun üçün əvvəlcə Niderlandı yenməli, Rumıniyanın büdrəməsini və D qrupunda hadisələrin biz istəyən kimi cərəyan etməsini gözləməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31