2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Futzal

Vitali Borisov: “Yenidən başlamaq lazımdırsa, bu, vaxt aparacaq”

Azərbaycan futzal yığmasının baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Bakıda Rumıniya ilə 5:5 hesablı heç-heçə etdikləri matç haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında o, əvvəlcə qarşılaşma barədə danışıb: “Uşaqlar çox yaxşı oynadılar. Matç bizim nəzarətimiz altında keçdi. Rumıniya müdafiədən oynayırdı. Bütün oyunu öndə idik. Sadəcə təcrübəmiz çatmadı. Rumıniya say üstünlüyü ilə daha yaxşı oynayır. Komandada 80 faiz yeni oyunçularımız var”.

Borisov heyətə cəlb etdiyi yeni oyunçulardan razı qaldığını bildirib: “Bəli, hamısından razı qaldım. Təcrübələri artdıqca daha yaxşı olacaqlar”.

Millimizin çalışdırıcısı buraxılan qollara görə qapıçı Rövşən Hüseynlinin günahlandırmaq istəməyib: “Bəlkə birinci qolu xilas edə bilərdi. Amma 5-4-ə oynayanda rəqibdə bir oyunçu artıq olur. Rövşəndən də razı qaldım. Rəqibin say üstünlüyü çox olanda, çətindir. Rövşənin səhvini görmədim. Amma analizə baxacağam”.

Son dövrlər Avropanın əksər ölkələri milliləşdirilmiş braziliyalılara görə sənəd problemi ilə üzləşir. Eyni halla Azərbaycan millisi də üzləşsə, necə olacaq? V.Borisov hazırda yığmamızda sənədlə bağlı problem olmadığını vurğulayıb: “Bizdə də braziliyalılar oynayır. Düzdür, bu gün onlardan bəziləri heyətdə deyildi. Edu qırmızı vərəqəyə görə yox idi, bir-iki nəfər zədəli idi. Kimin sənədinin düz olub-olmamasını rəhbərlik bilir. Yenidən başlamaq lazımdırsa, bu, vaxt aparacaq. Gənclərimiz azdır. Ona görə də çətin olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31